"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi cari tədris ilində
2020-2021-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilib. Ümumi sayı 500-ə çatan bu qruplardakı 9207 nəfər 3-4 yaşlı uşaqlarla 486 tərbiyəçi-müəllim çalışır.
Qeyd edək ki, cari tədris ilindən layihənin rəsmi saytı (www.icmalayihesi.edu.az) istifadəyə verilib. Saytda layihə, keçirilən təlimlər, müəllim və uşaqların qəbulu, məktəbəqədər təhsil barəsində ətraflı məlumatlar yer alır. Layihənin rəsmi “Facebook” səhifəsi də (https://www.facebook.com/ieutm) aktivdir. Eləcə də, layihə çərçivəsində valideynlərin uşaqların məktəbəqədər dövrünə dair müxtəlif mövzularda maarifləndirilməsi məqsədilə “ilk5il” internet səhifəsi və mobil tətbiqi də fəaliyyət göstərir.
Bu qruplarda çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor çalışır. Mentorlar sözügedən qruplarda tədris prosesi ilə yaxından tanış olur və tərbiyəçi-müəllimlərə lazımi dəstək göstərirlər.
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər əsasən “Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi”, “Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri”, “Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası”, “Uşaqlarda erkən inkişafın qiymətləndirilməsi”, “Uşaqlarda düzgün oxu vərdişləri necə formalaşdırılmalıdır?” və digər bu kimi mövzuları əhatə edib.
4 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
4 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
4 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
4 il əvvəl