• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Dərs vaxtı"nın 16 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 16-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Azərbaycanlı şagirdlər beynəlxalq tədbirdə qalib olub

Şagirdlərimiz “Microsoft” tərəfindən keçirilən “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda qalib seçiliblər. 28-29 noyabr tarixlərində “Microsoft” şirkəti tərəfindən həyata keçirilən tədbirdə Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlər iştirak ediblər. Ölkəmizi tədbirdə Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda - Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli,  Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, Zəkalar liseyindən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər. Tədbirdə II yer tutan komandamız öz təqdimatlarında brakonyerlik probleminin yaradıcı formada həlli yolunu təklif ediblər. Belə ki, onlar brakonyerlik edilən ərazilərində silahlanmış şəxsləri təyin edə biləcək və süni intellekt dəstəkli kamera sisteminin quraşdırılmasını təklif ediblər. Təklif edilən layihəyə əsasən potensial bir cinayətkar aşkar edildiyi zaman yaxınlıqdakı dinamiklər işə düşərək, heyvanları qorxudub həmin ərazidən uzaqlaşdıracaq və ən yaxın meşə gözətçisini təhlükə barədə xəbərdar edəcək. Komanda, eyni zamanda, cinayətkarların davranışları əsasında brakonyerlik haqqında məlumatların toplanması və təhlili üçün süni intellektdən istifadə etməyi təklif edib. Komandanın sözügedən layihə ilə “2021 Imagine Cup Junior Global Competition”-da iştirak etmələri gözlənilir. “2021 Imagine Cup Junior Global Competition” barədə ətraflı məlumat əldə etmək və yarışmada iştirak etmək istəyən bütün şagird və tələbələr keçiddən (https://imaginecup.microsoft.com/en-us/junior) istifadə edə bilərlər. Qeyd edək ki, tədbirin məqsədi şagirdləri elmə və texnologiyaya həvəsləndirmək, “Microsoft” şirkətinin peşəkar “Data Science” alətlərindən istifadə etməklə onlarda süni intellekt barədə praktik biliklər formalaşdırmaq olub.

Təhsil Nazirliyi Rüfət Novruzovun müraciətini müsbət cavablandırdı

Ötən gün sosial şəbəkələrdə yayımlanan əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti Təhsil Nazirliyi tərəfindən araşdırılıb və məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib. Məlumat üçün bildiririk ki, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 10 sentyabr 2020-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyət ilə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib. ƏMHM-nin rəisinin imzaladığı müvafiq əmr əsasında (skrinlər əlavə olunur) Rüfət Novruzova 10 sentyabr 2020-ci il tarixindən ailə vəziyyəti ilə bağlı 6 ay müddətinə ödənişsiz məzuniyyət verilib. Rüfət  Novruzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib. Rüfət Novruzovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun  3 aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib. Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman təhsil işçiləri Təhsil Nazirliyinin daim diqqətindədir və bu istiqamətdə davamlı olaraq müvafiq addımlar atılır.

"Qarabağın məşhur müəllimləri" – Qara bəy Əliverdilər

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması ictimai-siyasi xadim Qara bəy Əliverdilərdir. Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olub. Şuşa realnı məktəbini bitirib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü olub. O, uzaqgörən dövlət xadimi və siyasətçi kimi savadlı gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün səhiyyə və maarifi ümumxalq hərəkatına çevirmək xətti yeridib. Onun təşəbbüsü ilə Qarabağda məktəb və səhiyyə ocaqları tikilib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti  uzadılıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu üçün son müraciət tarixi 25 dekabr saat 23:59-dək təyin edilib. Ətraflı məlumatla elan mətnindən tanış olmaq mümkündür.

"Virtual məktəb"də şagird və müəllimləri vahid məkanda birləşdirən yenilik

 “Virtual məktəb”ə yeni “Birgəlik rejimi” əlavə olunub. Bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Həmçinin rejim onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır. Yeni funksiyadan faydalanmaqla dərslərini daha maraqlı təşkil etmək istəyən müəllimlər videotəlimatla tanış ola bilərlər:  

Təhsil naziri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə çıxış edib

Dekabrın 14-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti əsasında 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş onlayn konfransda iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib. Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb. Nazir həmçinin cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

"Dərs vaxtı"nın 15 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 15-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"X-XI siniflərdə informatika təmayüllü siniflərin təşkili" layihəsi üzrə nəticələrin təqdimatı olub

Dekabrın 14-də Təhsil Nazirliyi və BP Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən “X-XI siniflərdə informatika təmayüllü siniflərin təşkili” layihəsinin nəticələrinin onlayn formatda təqdimatı keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli günümüzdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) əhəmiyyəti, layihənin aktuallığı barədə çıxış ediblər. Daha sonra layihənin icraçısı Beynəlxaq Təlim və Layihə Mərkəzi tərəfindən tədbirdə iştirak edən Təhsil Nazirliyinin əməkdaşları, BP və onun tərəfdaşlarının nümayəndələri, o cümlədən benefisiar məktəblərin rəhbərlərinə layihənin icra edildiyi 3 illik müddət ərzində əldə edilən nəticələr barədə məlumat təqdim edilib. Qeyd edək ki, sözügedən layihə çərçivəsində Bakı şəhəri üzrə seçilmiş məktəblərdə 50 informatika təmayüllü sinif komplektləşdirilərək 1000-dən çox şagird əhatə olunub. Layihə çərçivəsində informatika təmayüllü siniflər üçün ekspertlər tərəfindən yeni məzmun standartları və tədris planı yazılıb. Bunların əsasında isə komplektləşdirilmiş pilot siniflərdə tədris olunması üçün 4 yeni vəsait – X və XI sinif “İnformatika” dərsliyi və müəllim üçün metodik vəsait hazırlanaraq benefisiar məktəblərin istifadəsinə verilib. Bu vəsaitlər Dövlət İmtahan Mərkəzi tərəfindən də yüksək qiymətləndirilib. Layihə müddətində informatika müəllimləri ingilis dili və öz ixtisasları, xüsusilə "Alqoritmləşdirmə" və "Python" proqramlaşdırma dili üzrə 8 ay dərslərə cəlb edilərək bilik və bacarıqları təkmilləşdirilib. Təhsil İnstitutu davamlı olaraq bu siniflərdə dərs müşahidələri apararaq informatika müəllimlərinə birbaşa metodiki xidmət göstərib və onları qiymətləndirib, şagirdlərin informatika üzrə bilik və bacarıqlarının monitorinqini həyata keçirib. 2020-ci ildə informatika təmayüllü siniflərdən məzun olan şagirdlərin 30 faizi ali təhsil müəssisələrində İKT istiqamətini- kompüter elmləri və ya mühəndisliyi, informasiya texnologiyaları və ya təhlükəsizliyi, robotexnika, areokosmik mühəndisliyi, informatika müəllimliyi  və ya digər uyğun ixtisasları seçib.

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.  Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.  Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır