• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Məktəblinin dostu"nun 2020-ci ildə fəaliyyəti

2020-2021-ci tədris ilində “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır. 2020-ci ildə “Məktəblinin dostu” olmaq üçün 648 nəfər müraciət edib. Onlardan 116 nəfəri müsahibə və təlim mərhələsindən uğurla keçərək işə götürülüb. Pandemiya şəraitində ənənəvi təhsilin davam etdiyi dövrdə məktəblinin dostları tərəfindən ümumi təhsil müəssisələrində sosial məsafənin gözlənilməsi, hərarətin ölçülməsi, qaydaların düzgün tətbiq olunmasına nəzarət edilib. 226 məktəbdə “COVID-19” pandemiyası ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılıb. 2020-ci ildə 65 nəfər Bakı, 10 nəfər Sumqayıt, 49 nəfər regionda olmaqla, ümumilikdə 124 “Məktəblinin dostu” müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsində iştirak edib. 110 məktəblinin dostu “Yüksəliş” müsabiqəsinin təşkilinə töhfə verib. Ötən il ərzində layihə çərçivəsində 156 şagirdə psixoloji dəstək göstərilib. 124 şagirdə psixoloji, 45 müəllimə isə “Burn-out” sindromu mövzusunda təlimlər keçirilib. 140 nəfərə fərdi psixokorreksiya və psixoloji konsultasiya xidməti göstərilib. Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyətə başlayan layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

“Xəmsə möcüzəsi” beynəlxalq rəsm müsabiqəsi

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 11 yanvar – 18 fevral tarixlərində keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri - tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilər. “Bədii qiraət nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır: - İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər; - Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır; -  Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır; -  İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır. “Bədii qiraət” nominasiyası üzrə işlər 11 fevral 2021-ci il tarixinədək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994) 050-497-97-55 "Whatsapp" nömrəsinə göndərilməlidir. “Təsviri-tətbiqi sənət” üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır: -   İşlərin işlənmə texnikası sərbəstdir; -    İşlərin formatına məhdudiyyət qoyulmur; -   İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır. "Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər 11 fevral 2021-ci il tarixədək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994)050-367-47-04 "Whatsapp" nömrəsinə göndərilməlidir. Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaq. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən, digər media qurumlarında geniş işıqlandırılacaq.

Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası başlayıb

Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, imtahan sessiyası distant (məsafədən) formada keçirilir. Müəyyən fənlər üzrə imtahanlar əyani keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilməlidir. Həmçinin, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir. Əmrdə bildirilir ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək. İmtahan sessiyası 4 həftə müddətində davam edəcək.

Peşə təhsili üzrə teledərslərin 12 yanvar cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 12 yanvar tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

"Dərs vaxtı"nın 11 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 11-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

E-dərslik portalına milyondan çox giriş sayı

"Google Analytics"in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, elektron dərslik portalı (e-derslik.edu.az) Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir.  Təkcə ötən ilin dekabr ayı üzrə portalın aktiv istifadəçi sayı 420 min, ümumi giriş sessiyalarının sayı isə 1,4 milyonu əhatə edib. Portala ən çox giriş edən ölkələr ABŞ, Almaniya, Birləşmiş Krallıq, Niderland, Fransa, Rusiya, Ukrayna, Polşa, Türkiyə, ölkədaxili regionlarımız isə Bakı, Sumqayıt, Gəncə şəhərləridir. Hazırda portalda ümumi və peşə  təhsili  üzrə 600-ə yaxın elektron dərslik mövcuddur. Bu dərsliklər video, qrafika  və digər multimedia vasitələri ilə zənginləşdirilib. Daha geniş məlumat infoqrafikalarda təqdim edilir:

Yeni tədris ilində peşə təmayüllü siniflərin fəaliyyəti

2020-2021-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda layihə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 1187 şagird və 165 müəllimi əhatə edir. Ötən tədris ilində layihə çərçivəsində dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası və santexnik, mebel quraşdırma, aqronom, dərzi peşə ixtisasları tədris edilirdisə, 2020-2021-ci tədris ilində qənnadçı, bərbər, xalçaçılıq, İKT olmaqla, daha 4 peşə ixtisasının tədrisinə başlanılıb. Həmçinin cari ildən 20 məktəbdə STEAM metodologiyası tətbiq edilir. 2020-2021 tədris ilinin sonuna doğru isə 20 məktəbdə 417 şagird üçün “Sürücülük” modulunun tətbiqinə başlanacaq. 2020-2021-ci tədris ilində peşə təmayüllü siniflərdə dərs deyən müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə btəlimlər təşkil edilib. Ümumilikdə təlimlərdə 210 nəfər iştirak edib. Peşə təmayüllü siniflərin iştirakı ilə bir sıra sosial layihələr də həyata keçirilib. 2021-2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayının 50 məktəbdə 85 sinfə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır. Həmçinin 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün “Sürücülük” modulunun və STEAM metodologiyasının tətbiqi nəzərdə  tutulur. Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

"Khan Academy"nin qurucusu ilə yeni çağırışlar müzakirə edilib

Yanvarın 7-də yayımlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının ilk qonağı dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan olub. Proqramda təhsildə yeni çağırışlar müzakirə edilib, gələcəyin məktəb modellərinin xüsusiyyətləri, təhsilin məqsədində edilməli olan dəyişikliklər, öyrənən və öyrədənlərdən tələb edilən yeni bacarıqlar, onlar arasında səmərəli əməkdaşlığın yolları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Sal Khanın uğur sirri və gördüyü işlərdən gəldiyi nəticələr, təcrübələri və təhsillə bağlı görüşləri ətrafında müzakirələr aparılıb, bir sıra maraqlı fikirlər səsləndirilib. Proqramda “T-network”-un koordinatoru Cəfər Mənsiminin “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Sal Khan bu cür cavablandırıb: “Fikrimi 8 sual ətrafında cəmləşdirməyə çalışacağam. Keyfiyyətli təhsilin hamıya əlçatan olması üçün nə etməliyik? Tədrisi necə fərdiləşdirə bilərik? Şagirdlərin həvəsli olması üçün nə etməliyik? Necə edək ki, nailiyyətlərin sənədləşdirilməsi real biliyi əks etdirsin? Təhsilin məkan və zaman baxımından məhdudlaşdırılmaması, davamlı inkişafın təmin edilməsi üçün nələr etməliyik? İnsanları bir-biri ilə əlaqə yaratmağa necə həvəsləndirə bilərik? Necə edək ki, bu prosesdə tərəflər öz mövqelerini itirməsinlər? Müəllim və tələbə arasında ünsiyyətin səmərəli olması, kiminsə öz qınına çəkilməməsi üçün nə etməliyik?”. Sal Khanın fikrincə, bu yeni çağırışlar öyrənmənin sürətini artırır. Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Yeni çağırışlar” proqramının ilk buraxılışını 20 minə yaxın insan izləyib. Qeyd edək ki, təhsil nazirinin müşaviri Elnur Nəsibov Sal Khan və onun təşəbbüskarlığı ilə yaranan “School House word” qrup sessiyaları üzrə ödənişsiz təhsil platformasının texnologiya və əməliyyatlar üzrə baş direktoru Drew Bent  ilə onlayn görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə Khan Lab School arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Xatırladaq ki, Sal Khan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard Universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan "Khan Academy" ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan "Khan Academy" bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə "Khan Academy"də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur. 500-ə qədər azərbaycanlı könüllü tədris resurslarını Azərbaycan dilinə tərcümə edir. “Yeni çağırışlar” onlayn müzakirə proqramı Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Onlayn müzakirə proqramının ayda iki dəfə yayımlanması nəzərdə tutulur.

Xaricdə təqaüd proqramı məzununun təlimi

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil alanların və məzunların ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə təlimlər keçirilir.  8 yanvar saat 17:00-da baş tutacaq  təlim proqramı “Təhsildə tədqiqatın prinsipləri: beynəlxalq təcrübə” mövzusuna həsr edilib. Təlimçi HTP çərçivəsində Macarıstanın Szeged Universitetinin doktorantura səviyyəsi üzrə məzunu Könül Kərimovadır.  Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://bit.ly/35eRl5s  qeydiyyatdan keçmək mümkündür. Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır