• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.

Təqaüd proqramının qalibləri yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqdır. Təlim kursu 16 həftəlikdir (həftədə 2 dəfə 3 akademik saat hesabı ilə).  

Təlim modulları:
• Yaş fiziologiyası və psixologiyası - ənənəvi və yeni yanaşmalar
• İbtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri
• Pedaqoji ustalıq praktikumu (metodika və didaktika)
• İKT savadlılığı.

Təqaüd qazanmaq üçün müsabiqədə iştirak şərti: 
• Hazırda IV sinifdə dərs deyən ali pedaqoji təhsilli müəllimlər müsabiqədə iştirak edə bilər.

Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (Əlavə) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaqdır. Bu səbəbdən şəxsi elektron poçtunuzdan istifadə etməyiniz və poçtu mütəmadi yoxlamağınız vacibdir.

Müraciət üçün son tarix: 27 fevral 2015-сi il

Seçim qaydaları:
Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcəkdir. I mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərilən ərizə forması əsasında seçiləcəkdir. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcəkdir.

Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəkdir. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaqdır.
 
Əlavə:


9 il əvvəl

Sayt test rejimində çalışır