• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib

Yanvarın 22-də "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun videokonfrans formatında görüşü keçirilib. Parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə təhsildə inteqrasiyanı sürətləndirmək, peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramlar icra olunub. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşdığını diqqətə çatdıran parlament sədri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi olub. Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir. Milli Məclis sədri dövlət başçısının təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın  ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəldiyini  və  bu proqramın həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanmasının nəzərdə tutulduğunu vurğulayıb.  Milli Məclisin sədri diqqətə çatdırıb ki, mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, “Təhsil haqqında” Qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib. Ali təhsil haqqında məsələlər “Təhsil haqqında” Qanunda əsasən, bir maddədə və çox qısa formada əksini tapmı. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda “Ali təhsil haqqında” Qanun hazırlanır. Sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi Qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, bu, İşçi Qrupunun ilk iclasıdır. Bəxtiyar Əliyev bugünkü iclasın məqsədinin təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərinin dinlənilməsi, mövcud vəziyyətin təhlil edilməsi və onların əsasında “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması olduğunu qeyd edib. “Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq”. Təhsil naziri Emin Əmrullayev videokonfransda çıxış edərək bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan və mühüm məsələ olan “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır. Nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. Təhsil naziri təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb. Sonra çıxış edən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul, tələbə qəbulu prosesinin ümumi qaydaları haqqında təkliflərini səsləndirib. DİM sədri beynəlxalq imtahanlar haqqında, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bildirib. Məleykə Abbaszadə hazırlanacaq qanun layihəsində bir sıra anlayışların açıqlanmasının vacibliyindən danışıb, tələbə qəbulu sahəsində statistik məlumatları diqqətə çatdırıb. Onlayn videokonfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri - İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva, Şahin Seyidzadə, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov hazırlanacaq qanun layihəsi barədə qeyd və təkliflərini səsləndiriblər. Çıxış edənlər distant təhsil, elmi kadrların hazırlanması, təhsildə milli-mənəvi dəyərlər, bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər. Onlayn videokonfransa yekun vuran Milli Məclisin Elm və təhsil komitəsinin sədri və İşçi Qrupunun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, iclasda cəmiyyəti narahat edən məsələlər ətrafında çox maraqlı və  səmərəli müzakirələr aparılıb. Bu gün səslənən təkliflər əsasında  “Ali təhsil haqqında” Qanun layihəsinin ilkin variantı hazırlanacaq və İşçi Qrupunun növbəti iclasında geniş müzakirə olunacaq.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq

Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib. Brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev 1 fevral tarixindən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacağını diqqətə çatdırıb. Nazir bildirib ki, qeyd edilən tarixdən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək. Ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində təhsilin təşkilinə toxunan təhsil naziri deyib ki, tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində məsafədən təhsil formasında davam etdiriləcək. Müəyyən bir tarixdən sonra isə praktik məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi qaydada təşkil edilə bilər. Təhsil naziri qeyd edib ki, əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.  

"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat

Artıq bir müddətdir ki, “Virtual məktəb” istifadəçiləri "Microsoft Teams" platformasından Azərbaycan dilində istifadə edə bilirlər. İstifadə qaydalarında çətinlik çəkənlər üçün bununla bağlı hazırlanmış videotəlimatı təqdim edirik.  

Şuşanın məşhur məktəbi

Şuşa Realnı Məktəbi təhsil tariximizdə əvəzsiz iz qoyub   Təhsil tariximizdə özünəməxsus yeri olan, xalqımıza neçə-neçə ziyalı, tanınmış yazıçılar, ədiblər bəxş edən Şuşa Realnı Məktəbi də məhz  mənfur qonşularımızın vəhşiliyinin qurbanı olan, bilik, elm məbədgahlarımızdandır. XIX yüzilliyin sonlarında müxtəlif sahələrdə baş verən dəyişikliklər  Azərbaycanda mədəniyyətlə yanaşı  maarifçiliyə meyillərin artmasına da özünün müsbət təsirini göstərirdi. Həmin dövrdə maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi.XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Belə məktəblərin təsiri və maariflənmə səyləri baxımından  Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də, Cənubi Qafqazda, demək olar ki, ən birinci yeri tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi. Onu da qeyd edək ki, XIX əsrin 80-ci illərində cəmi bir real məktəb Bakıda  və bir klassik progimnaziya Gəncədə fəaliyyət göstərirdi. Bu isə bir tərəfdən əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən isə sənaye və ticarətin artmaqda olan tələbini qətiyyən ödəmirdi. Şuşada isə bu tələb və ehtiyac özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan tələbat  get-gedə artırdı. Şuşada progimnaziya təsisi sahəsindəki tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa-Qafqaz komitəsinə müraciət edir. Müraciətdə qeyd olunurdu: “Şuşa şəhər sakinlərinin təhsilə olan cildd-cəhdinə, (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür”. Beləliklə, edilən müraciət öz həllini tapır və 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Realnı Məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil olunan bu məktəbə ilk dəfə 159 şagird qəbul edilir. Tarixi mənbələrdə qeyd edildiyi kimi, 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdir. Dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinə maraq gündən-günə artmaqda idi. Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir. Onlar məktəbdə tədrislə və davamiyyətlə maraqlandıqları zaman üzürlü və üzürsüz dərs buraxanların 7,64 faiz olduğu müəyyən olub. Bu faizin  özü xalqımızın elmə-maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq o zaman dinin qadağan olunmasına baxmayaraq başqa xalqların dillərini də öyrənirdi. Həmin dildə danışmağa və oxumağa cəhd göstərirdilər. Seçimdə hamı sərbəst və azad idi. Məsələn,1890-cı ildə Tiflis  məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu, könüllülük prinsipi əsasında aparılırdı. Yeni açılan məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi yetişdirmək qüdrətinə malik idi. Bunu Şuşa Realnı Məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi “Bizim orta məktəblərdə  ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsində, söhbətlərin aparılmasında əsas silahdır” başlıqlı məqaləsi bir daha təsdiq edir. O zaman ədəbiyyata xüsusi diqqət yetirilirdi.   Burada görkəmli ziyalılar dərs deyirdi                Şuşa Realnı Məktəbdə tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib.  Əslən şuşalı olan  şəxsiyyətlərin  hər biri ən savadlı, sayılıb-seçilən insanlar olub. Məsələn, görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Məlikhaqnəzərov müəllim, eyni zamanda  aktyor və rejissor kimi məşhur idi. Pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı və naşir kimi tanınan Haşım bəy Vəzirov  Şuşada “müsəlman-rus” məktəbi yaradılanda bu məktəbə direktor vəzifəsinə dəvət edilir. Məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilir. Bundan başqa, o, Şuşa Real Məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyirdi.   Məktəbin tanınmış məşhur məzunları   Burada təhsil almış şagirdlər də onlara dərs deyən müəllimləri kimi sonradan məşhur şəxslər kimi tanınıblar. Məktəbin yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif  Vəzir  Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər,  Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar.   Digər təhsil müəssisələrinə qapılarını açan Realnı Məktəb   Öz missiyasını uğurla həyata keçirən, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər, bəxş edən Realnı Məktəbin binası  sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilmişdir. Belə ki,  Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən  1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərmişdir. Binanın sonuncu sakinləri isə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1989-cu ildən 1992-ci ilədək bu binada  fəaliyyət göstərən ali təhsil müəssisəsinin Şuşa filialında tələbələr əsasən pedaqoji fakültələrdə təhsil alırdılar.   Şuşanın əsl sahibləri qayıtdı...   Bəli, təhsilimizin inkişafına əvəzsiz töhfələr vermiş əzəmətini, tarixi görkəmini, qədimliyini qoruyan Şuşa Realnı Məktəb çox təəssüf ki, 1992-ci ilə qədər ayaqda durmağı bacardı. Belə ki,1992-ci ilin may ayında  Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları orada  bir çox tarixi, dini yerlərimizi məhv etdi, o cümlədən Şuşa Realnı Məktəbi yandıraraq xarabazara çevirdilər.  Budur, artıq İlahi Ədalət zəfər çaldı. 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə erməni işğalçılarının böyük xülyalarını puç etdi. Onların qurduqları və neçə illərdir ki, həyata keçirməyə çalışdıqları planlar tarixin zibilliyinə atıldı. Və  təhsil ocaqlarımızı məhv edərək, xarabazarlığa çevirən işğalçı ermənilər isə bu dəfə “sinif”də qalmadılar, bütövlükdə “məktəb”dən  qovuldular. Özü də ölkə başçısı cənab İlham Əliyevin dediyi  kimi, düşməni iti qovan kimi qovduq. Doğma Şuşamıza təhsilimiz qayıdır. Artıq bizləri qarşıda azad olunmuş torpaqlarımızda böyük quruculuq işləri, gözəl bir həyat gözləyir. Elə Şuşaya səfəri zamanı dövlət başçısı İlham Əliyevin erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olarkən dediyi bu fikirlər də  tezliklə müasir təhsil tariximizdə yenidən  Şuşa səhifəsinin açılacağını deməyə əsas verir: “Dünyada onlar kimi saxtakar millət yoxdur. Bu bina da bərpa olunacaq. ...Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.   “Azərbaycan müəllmii” qəzeti

Növbəti onlayn müsahibələrə bu tarixdən start veriləcək

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq. Müsahibə mərhələsinin elektron sənəd qəbulu 25-27 yanvar tarixlərini əhatə edəcək. Namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Təlimatla tanış olduqdan sonra 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

"Dərs vaxtı"nın 22 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 22-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Peşə təhsili üzrə teledərslərin 22 yanvar cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 22 yanvar tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

"Microsoft" şirkəti Azərbaycanın "Virtual məktəb" təcrübəsini yüksək dəyərləndirib

"Microsoft" şirkətinin internet saytında Azərbaycanın “Virtual məktəb” platformasının fəaliyyətinin təhlilinə dair məqalə dərc edilib. Məqalədə “Virtual məktəb” platformasının məktəbəqədər və ümumi təhsil pillələri üzrə təhsil alan şagirdlərin öyrənmə prosesini təmin etdiyi xüsusi vurğulanıb. Azərbaycan təcrübəsinin yüksək dəyərləndirildiyi bu məqalədə təhsildə innovativ texnologiyaların tətbiqi və data əsaslı təhsilin gələcək perspektivləri uğurlu qiymətləndirilib. Məqalədə qeyd edilib ki, Təhsil Nazirliyi sözügedən onlayn təhsil platforması ilə pandemiya dövründə ölkədə 1,3 milyondan çox şagird üçün keyfiyyətli təhsilin əlçatanlığını təmin edib. "Microsoft Teams" platforması ilə təlim prosesinin bütün mərhələləri onlayn formada təşkil olunur, "Power BI" texnologiyası ilə statistik məlumatların təhlili aparılır və nəzarət mexanizmləri tətbiq edilir. Bu imkanlar zamanla tədris metodologiyalarını müasir tələblərə uyğun təkmilləşdirməyə şərait yaradır. Eyni zamanda şagirdləri istənilən zaman və məkanda fərdi təhsil məzmununa çıxış imkanı ilə təmin edir. “Microsoft Teams” əsasında ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirir ki, yerli tərəfdaşlar olan “Bestcomp Group”, “Edumedia” və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin birgə dəstəyi ilə məsafədən təhsilə keçidin daha asan əlçatanlığı təmin edildi və pandemiyanın yaratdığı çətinliklərə cavab olaraq seçilmiş düzgün strategiya, resurs və texnologiyalar vasitəsi ilə qısa zamanda onlayn tədris prosesinə başlanıldı. Təhsil sistemində məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, əməkdaşlıq, görüşlər, qiymətləndirmələrin aparılması üçün də geniş imkanlar yaradılıb. Qeyd edilib ki, platforma geniş məzmun bazası kimi fəaliyyət göstərir. Belə ki, bu gün "Microsoft Stream" vasitəsilə yazılan və yüklənən mühazirələr gələcək illər ərzində də əlçatan olacaq. Məktəblər, siniflər, dərslər üzrə müxtəlif statistik məlumatların detallı analizi aparılır ki, bu da faydalı hesabatların hazırlanmasına və  ən uğurlu təhsil yanaşmalarının müəyyən olunub, tətbiq edilməsinə imkan yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün "Power BI" panelinin vizualizasiyasından istifadə edilir. Bu dərs boşluqlarını tapmağa və məzmunu lazım olan yerlərdə zənginləşdirməyə şərait yaradır. Hazırda rəqəmsal öyrənən nəsillərə xidmət göstərmək məqsədi ilə Təhsil Nazirliyi Azərbaycan dili üçün “Microsoft Azure” əsaslı süni intellektə sahib transkript texnologiyasını tətbiq etməyi planlaşdırır. Bu dinamik məzmunun alınması üçün onlayn indeks yaratmağa kömək edəcək. Məqsəd bütün müəllim, şagird və tələbələr üçün fərdi öyrənmə yolu yaratmaqdır.   https://customers.microsoft.com/en-us/story/862925-ministry-of-education-of-the-republic-of-azerbaijan-government-azure-en-azerbaijan?fbclid=IwAR2zTd0CFgX_ODspF3yGVUFNiJehEUxyRXxyRnzVqjRYE9nNNzIhyEmHoro  

"XXI əsrin universitet modeli" mövzusunda onlayn müzakirə

Yanvarın 21-də Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  onlayn formatda müzakirə keçirilir. Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən müzakirəyə nazirlik  yanında  İctimai şuranın üzvləri, eləcə də qurumun bir sıra əməkdaşları qatılıblar. Müzakirələrdə təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, ADA Universiteti, Milli Aviasiya Akademiyasının nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Natiq İbrahimov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusubov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının nümayəndəsi, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Gömrük Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov, İdman Akademiyasının rektoru Fuad Hacıyev də iştirak edir.  

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır