• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Beynəlxalq maliyyə qurumlarının standartları əsasında maliyyə idarəetməsi" mövzusunda təlim kursunun keçirilməsinə marağın bildirilməsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
 
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ   (Kredit No 4595AZ)
 
"BEYNƏLXALQ MALİYYƏ QURUMLARININ STANDARTLARI ƏSASINDA MALİYYƏ
İDARƏETMƏSİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ

MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT
 
Azərbaycan HökumətiDövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
 
Təlim proqramının məqsədi:
Seçilmiş təcrübəli Azərbaycan mühasiblərini, maliyyə menecerlərini beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi strategiyaları və əməliyyatları barədə təcrübi biliklərlə və müvafiq peşə bacarıqları ilə təmin etmək.
Təlim kursunun əsas vəzifələri aşağıdakılardır:
  • Seçilmiş mühasiblər və maliyyə menecerləri Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi, habelə vəsait xərcləmə startegiyaları və əməliyyatları ilə tanış olurlar;
  • Layihələrin icra qrupları Azərbaycan Respublikasının mühasibat və vergi qaydalarının tələblərini və təlimatlarını başa düşürlər və onlara lazımi şəkildə riayət etmək bacarığına yiyələnirlər;
  • İştirakçılara vəsait ayrılması üzrə ərizələrin və tələb olunan köməkçi sənədlərin müxtəlif növlərini tərtib etmək qaydalarından əyani nümunələr göstərilir;
  • Təlimdən keçən orta səviyyəli rəhbərlər öz müəssisələrində maliyyə idarəetməsi sistemlərinin daha da təkmilləşdirilməsi üçün biliklər əldə edirlər;
  • İştirakçılar maliyyə idarəetməsi, o cümlədən beynəlxalq maliyyə qurumlarını maliyyə idarəetməsi strategiyaları və üsulları, habelə vəsaitlərin xərclənməsi üzrə təlim keçirlər;
  • Layihələrin icra qrupları, təşkilatların mühasibləri, maliyyə menecerləri hər bir beynəlxalq maliyyə qurumu tərəfindən maliyyələşdirilən layihələri uğurla idarə etmək bacarığı əldə edirlər.  
 
İcraçı təşkilat üçün ixtisas tələbləri:
  • Ümumi maliyyə idarəetməsi üzrə təlim kurslarının keçirilməsi sahəsində geniş təcrübəyə və bacarığa malik olan nüfuzlu məsləhətçi şirkəti olması;
  • Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi və vəsait xərclənməsi strategiyaları və üsulları haqqında dərin biliyə malik olması;
  • Əsas heyətin müvafiq sahələr və təlim kursları üzrə 5 ildən artıq iş təcrübəsinə malik olması;
  • İngilis, Azərbaycan və rus dillərini doğma dilləri qədər yaxşı bilən heyətə malik olanlara üstünlük verilir.
 
İcra müddəti və yeri: fevral-mart 2010-cu il, Bakı, Azərbaycan.
 
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il yanvarın 25-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.


9 il əvvəl

Sayt test rejimində çalışır