• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"BEYNƏLXALQ MALİYYƏ HESABAT STANDARTLARI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
 
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ   (Kredit No 4595AZ)
 
"BEYNƏLXALQ MALİYYƏ HESABAT STANDARTLARI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ
 
MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT
 
Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
 
Təlim proqramının məqsədi:
Seçilmiş təcrübəli Azərbaycanlı mühasiblərə-maliyyə menecerlərinə təcrübi biliklər vermək və peşə bacarıqları aşılamaq, nəticə etibarilə, onların Beynəlxalq maliyyə hesabat standartları üzrə beynəlxalq attestasiyadan keçmələrini təmin etməkdir. Beynəlxalq maliyyə hesabat standartları təliminin əsas vəzifələri bunlardır:
 
  • Maliyyə hesabatlarının hazırlanması üçün beynəlxalq standartların dərk edilməsini təmin etmək;
  • Beynəlxalq maliyyə hesabatları standartlarının tələblərinə əsasən hesabatların tərtibi və tətbiqi üzrə bacarığın yaradılması.
 
İcraçı təşkilat üçün ixtisas tələbləri:
  • Ümumi maliyyə idarəetməsi və yaxud mühasibat üzrə təlim kursunun keçirilməsi sahəsində geniş təcrübə və bacarığa malik olmaq;
  • Əsas heyətin müvafiq sahələrdə və təlim kursu sahəsində 3 ildən artıq iş təcrübəsinə malik olması;
  • Azərbaycanda nümayəndəliyi olan və Azərbaycan dilində danışmağı bacaran heyətə malik olanlara üstünlük verilir.
 
İcra müddəti və yer: fevral-mart 2010-cu il, Bakı, Azərbaycan
 
Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il fevralın 3-nə qədər aşağıdakı ünvana təqdim edə bilərlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
İcraçı Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydalar”ına əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.


9 il əvvəl

Sayt test rejimində çalışır