• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədi ilə müsabiqədə iştirak etmək üçün elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış Sazişə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edilir.
Bakalavr pilləsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər.
Magistratura pilləsində təhsil almaq üçün 2010-2011-ci tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin IV kursu və yaxud magistratura pilləsində təhsil alan və magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal (və ya bunun ekvivalenti), digər sahələr üzrə ən azı 80 bal (və ya bunun ekvivalenti) toplayanlar, diplomdansonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti 4.0-dan yuxarı olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları  müsabiqədə iştirak edə bilər.
Azərbaycanda bakalavr pilləsi üzrə alınmış təhsil Almaniyada magistr pilləsinə qəbul olunarkən tanına bilər.
Azərbaycanda Magistr pilləsi üzrə alınmış təhsil Almaniyada Doktorantura pilləsinə qəbul olunarkən tanına bilər.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Müsabiqədə iştirak etmək üçün ərizə;
2. Əsaslandırma məktubu (2 dildə);
3. 2 ədəd tövsiyə məktubu (məktubun xüsusi forması http://www.daad.de/imperia/md/content/de/foerderung/recommendation.pdf saytından əldə edilir və iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur);
4. Ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış;
5. Ali məktəb tərəfindən verilən diplomun və diploma əlavənin Alman və yaxud İngilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər) tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti;
6. Hal hazırda təhsil alan tələbələr ali məktəb tərəfindən verilən arayış və qiymət kitabçasından çıxarışın Alman və yaxud İngilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər)  tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti;
7. Alman və yaxud İngilis dilini (ingilis dilində təhsil alacaq namizədlər) müvafiq ali məktəbin tələbləri səviyyəsində bilməsi haqqında zəruri sertifikatın surəti:
Tələbə alman dilini ən azı DSH 2 və ya TestDaf 4 səviyyələrində bilməlidir;
Alman dili üzrə OnDaf testi (alman dili səviyyəsini müəyyən edən sınaq test) DAAD-nin Bakı İnformasiya Mərkəzində aparılır.
(OnDaf alman dili üzrə testi barədə məlumatları http://ic.daad.de/baku internet ünvanından və DAAD-nin Informasiya Mərkəzindən əldə etmək olar. Azərbaycan Texniki Universiteti-H. Cavid prospekti 25, əlaqə telefonu: 439-12- 65)
İngilis dilində olan təhsil proqramları üçün tələbə TOEFL və ya digər müvafiq testlərdən keçməlidir;
Tibb təhsili yalnız alman dilində aparılır;
8. Xüsusi anket formasını çap edərək Təhsil Nazirliyinə təqdim etmək    (https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=de və ya https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=en saytlarından əldə etmək olar)
9.   Tərcümeyi-hal (CV) (2 dildə);
10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
11. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);           
12 Şəxsiyyət vəsiqəsinin surəti.
 
Maraqlananlar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Sənədlərin təqdim edilməsi üçün son müddət - 25 fevral 2010-cu il, saat: 17.30-dək .
 
QEYD: Alman dili üzrə Almaniyada əlavə hazırlıq kursunda təhsil tələb olunduğu təqdirdə müvafiq təhsil proqramına başlayanadək tələb olunan bütün xərclər tələbənin özü tərəfindən ödənilməlidir.
 
Daha ətraflı məlumatları Təhsil Nazirliyinin xaricdetehsil.edu.gov.az internet ünvanından əldə etmək olar.
 
Əlaqə telefonları: 496-33-11; 496-34-00
  Ekspertlər:   Sevinc İsmayılova (daxili nömrə 179)
    Fidan Kərimova (daxili nömrə 288)
    Elnarə Hüseynova (daxili nömrə 184)


9 il əvvəl

Sayt test rejimində çalışır