• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi fənn müəllimlərinin ixtisasartırma  proqramında fəaliyyət göstərmək məqsədilə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə elan edir.  Müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron ünvanına göndərməlidir.

Müsabiqədə iştirak üçün tələblər:

• Ali təhsil;

• Ən azı 3 il pedaqoji iş təcrübəsi;

• Tədris etdiyi fənn üzrə yüksək  bilik səviyyəsi;

• Kompüter bilikləri;

• Azərbaycan dilində səlis nitq; 

• Komandada işləmək və əməkdaşlıq bacarığı;

• Məsuliyyətli, tələbkar və dəqiq.

Namizədlərin xarici dil bilməsi arzuolunandır.

Tələblərə uyğun  namizədlər  müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər  təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb olunacaq və uğurlu namizədlər ixtisasartırma proqramları üzrə təlimçi statusu qazanacaqlar.


9 il əvvəl

Sayt test rejimində çalışır