• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Xidmətin predmeti: Ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası.

 

Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Məsafədən işləmək və sərbəst iş qrafiki mümkündür.

 

Xidmətin icra müddəti: dekabr 2015-ci il - dekabr 2016-cı il.

 

Namizədlərə verilən tələblər: Müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara malik olmaq. Pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

 

Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər əlavə olunmuş formatda öz tərcümeyi-halını (CV) 30 noyabr 2015-ci il tarixədək h.vusale@edu.gov.az e-poçtuna göndərə bilərlər.

 

Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:

 

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Əlaqələndirici şəxs: Vüsalə Həsənova

Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 51-16)

E-poçt: h.vusale@edu.gov.az

 

Tərcümeyi-hal (CV) formatı


8 il əvvəl

Sayt test rejimində çalışır