• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri

Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutu (Cİİ) İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Təhsil Mübadiləsi Proqramı çərçivəsində İƏT üzvü ölkələrdən olan tələbələr üçün 2016-cı ildə magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri təklif edir.

Təqaüdlər üçün son müraciət tarixi 15 dekabr 2015-ci ildir.

Təqaüdlər barədə ətraflı məlumat bu ünvandan əldə oluna bilər: http://ww3.comsats.edu.pk/internationalstudents/OIC.aspx


8 il əvvəl

Sayt test rejimində çalışır