• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Hindistan Mədəni Əlaqələr Şurası təqaüd təklif edir

Hindistan Mədəni Əlaqələr Şurası (HMƏŞ) tərəfindən 1(bir) azərbaycanlı tələbənin Hindistanın tanınmış ali təhsil müəssisələrindən birində təhsil alması üçün təqaüd təklif edilir. Təqaüd proqramına əsasən seçilmiş namizədə təhsil aldığı və ya tədqiqat işi apardığı müddətdə yemək və yaşayış xərclərinin bir hissəsi qarşılanır. Səyahət xərcləri qarşılanmır. Təqaüd tibb və tibb ilə əlaqədar proqramlar istisna olmaqla, Hİndistanda istənilən bakalavr və magistr proqramını əhatə edir.

Proqrama dair ətraflı məlumat Hindistanın Azərbaycandakı Səfirliyinin www.indianembassybaku.in və HMƏŞ-in www.iccr.gov.in internet saytlarından əldə oluna bilər.


8 il əvvəl

Sayt test rejimində çalışır