• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Macarıstanın Eövtvöş Lorand Universitetinin növbəti təqaüd proqramı

Macarıstanın Eövtvöş Lorand Universiteti 2016-2017-ci tədris ili üçün əcnəbi tələbələr üçün növbəti təqaüd proqramını elan edir.

Macarıstanın qədim və nüfuzlu ali məktəblərindən biri olan Eövtvöş Lorand Universiteti 1635-ci ildən fəaliyyət göstərir. Tələbə mübadiləsi və təqaüd proqramlarına xüsusi önəm verən Eövtvöş Lorand Universitetində müxtəlif sahələr üzrə 50-dən artıq proqram təklif olunur ki, onlardan biri də Stipendium Hunqarikum təqaüd proqramıdır.

Son müraciət tarixi: 1 mart 2016-cı il

Təqaüd proqramı barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.elte.hu/en/article?id=NW-181


8 il əvvəl

Sayt test rejimində çalışır