• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2016-cı il Qlobal Koreya Təqaüd Proqramı

Beynəlxalq Təhsil və İşkişaf üzrə  Koreya Milli İnstitutunun 2016-2019-cu tədris illəri üzrə 7 nəfər Azərbaycan Respublikası vətəndaşının iştirakı nəzərdə tutulan “Ali Təhsilin  Yüksək Pillələri üzrə 2016-cı il Qlobal Koreya Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir.

Təqaüd proqramına ərizə qəbulu proseduru Koreya Respublikasının Azərbaycandakı Səfirliyi  vasitəsilə həyata keçirilir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 18 mart 2016-cı ildir. 

Proqram haqqında daha ətraflı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

 

 

http://studyinkorea.go.kr à GKS Notice no.86

 

http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000714


8 il əvvəl

Sayt test rejimində çalışır