• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri (bildiriş)

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, texniki tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Tələb olunan xidmətlər: Ümumi təhsilin bütün təhsil səviyyələrində aşağıda göstərilmiş milli azlıqların dilləri üzrə dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri:

Saxur dili

Avar dili

Ləzgi dili

Talış dili

Kürd dili

Xınalıq dili

Tat dili

Udi dili

Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Xidmətin icra müddəti: 31.12.2017-ci ilədək.

Namizədlərə verilən tələblər:

1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.

2. Təcrübəsi: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ən azı 5 illik elmi-pedaqoji təcrübəyə malik olmalıdır.

3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

Müraciət forması: Müraciət edən şəxslər müraciət etdikləri xidmət istiqamətini göstərmək şərti ilə bildirişə əlavə olunmuş formatda öz avtobioqrafiyasını (CV) 30.10.2016-cı il tarixədək derslik@edu.gov.az elektron poçtuna göndərə bilərlər.

Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə ən yüksək səviyyədə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi istiqamət üzrə ən azı bir dərsliyi qiymətləndirmək xahiş ediləcəkdir. Təqdim edilən qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcək.

Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan əldə etmək olar:

Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Əlaqələndirici şəxs: Zülfiyyə Hüseynova

Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5264)

E-poçt: derslik@edu.gov.az

 

Avtobioqrafiya (CV) formatı


7 il əvvəl

Sayt test rejimində çalışır