• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Magistratura pilləsi üzrə təqaüd elanı

Qazaxıstanın Nazarbayev Universitetinin Biznes üzrə Ali məktəbi (NUGSB) xarici tələbələr üçün magistratura pilləsi üzrə təqaüd elan edir. ABŞ-ın Duke Universitetinin Fuqua Biznes məktəbi ilə strateji əməkdaşlıq əsasında yaradılmış bu ali məktəb bugünə kimi 2000 nəfərdən çox xarici tələbəyə təhsil proqamı təqdim etmişdir. Sözügedən təqaüd haqqında ərtaflı məlumat almaq üçün mba.admissions@nu.edu.kz  ünvanına e-mail göndərə və +7 (7172) 709183 nömrələrinə zəng edə bilərsiniz.


7 il əvvəl

Sayt test rejimində çalışır