• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Azərbaycan müəllimi” qəzeti yazı müsabiqəsi elan edir

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2016-cı il üçün Tədbirlər Planına uyğun olaraq “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda yazı müsabiqəsi elan edir

Müsabiqədə ölkənin elm və təhsil müəssisələrində çalışan alimlər, müəllimlər, pedaqoq və tədqiqatçılar, eləcə də magistr və doktorantlar, araşdırmaçı jurnalistlər iştirak edə bilərlər. İştirak etmək istəyənlər təhsilimizdə milli-mənəvi dəyərlər; Azərbaycan təhsilinin gələcək inkişaf istiqamətləri; gələcəyin müəllimi; təhsilin yeni məzmunu; səriştəli müəllim və təhsil menecerləri; ömürboyu təhsil; şəffaf və səmərəli idarəetmə modellərinin tətbiqi istiqamətləri üzrə yazılarını 26 noyabr 2016-cı il tarixdən 15 dekabr 2016-cı il tarixinədək muallim@edu.gov.az  elektron poçt ünvanına göndərə bilərlər.

Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və təcrübəli mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərin qiymətli hədiyyə və diplomlarla mükafatlandırılması nəzərdə tutulur.

 

Müsabiqənin əsas şərtləri:

İştirakçılar təqdim olunan yazıların sonunda zəruri məlumatları (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə) qeyd etməlidir. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. Yazıların əvvəlində müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır.

 

Əlaqə üçün: (012) 538-51-41


Təşkilat Komitəsi


7 il əvvəl

Sayt test rejimində çalışır