• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumlarının hazırlanması

Xidmətlər haqqında qısa məlumat. Ölkəmizdə təhsil islahatlarından  irəli gələn vəzifələrə uyğun olaraq ümumi təhsilin X-XI sinifləri  üçün təmayüllər üzrə fənn kurikulumlarının  hazırlanması, onların tətbiqinə dair tövsiyələrin işlənməsi planlaşdırılmışdır. Kurikulumlar hazırlanarkən təmayül siniflərinin xüsusiyyətlərinə uyğun olaraq onların variativ xarakter daşıması  nəzərdə tutulur.

Tələb olunan xidmətlər:

• Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər üçün)

• Azərbaycan dili (dövlət dili kimi )

• Ədəbiyyat

• Rus dili (təlim rus  dilində olan məktəblər üçün)

• Ədəbiyyat  (təlim rus  dilində olan məktəblər üçün)

• Xarici dil

• Azərbaycan tarixi

• Coğrafiya

• Ümumi tarix

• Riyaziyyat

• Fizika

• Kimya

• Biologiya

• Çağrışaqədərki hazırlıq fənn kurikulumlarının hazırlanması üzrə mütəxəssislər.

 

İşin icra  olunduğu yer: Azərbaycan Respublikasının Təhsil İnstitutu.

Xidmətin icra müddəti: 30 avqust 2017- ci il tarixədək.

 

Namizədlərə verilən tələblər:

1. İxtisas fənni üzrə dərin biliklər.

2. Müasir pedaqoji, psixoloji yanaşmalara bələdlik.

3. Standart və kurikulumların hazırlanması sahəsində təcrübə.

4. Standart və kurikulumların hazırlanması sahəsində dünya təcrübəsinə bələdlik.

5. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi.

6. Kompüter bacarıqları

 

Müraciət forması: Müraciət edən şəxs seçdiyi fənni “Subject” hissəsində göstərməklə elana əlavə olunmuş öz avtobioqrafiyasını (CV) 05.05.2017-ci il tarixədək ulkar.zaidzada@edu.gov.az elektron poçtuna göndərə bilər.

Müraciətə baxılması: Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və müsahibəyə dəvət ediləcəklər.

 

Əlavə məlumat: iş günləri saat 09.00-dan 18.00-dək bu  əlaqə nömrəsi vasitəsi əldə oluna bilər.

Əlaqələndirici şəxs: Ülkər Zaidzadə

Telefon: (012) 5991155 (daxili 5412)

E-poçt: ulkar.zaidzada@edu.gov.az


7 il əvvəl

Sayt test rejimində çalışır