• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumi təhsilin İnformatika təmayülü üzrə fənn kurikulumunun hazırlanması

Xidmətlər haqqında qısa məlumat.  Ümumi təhsil sahəsindəki islahatlar onun məzmun və  strukturunnda dəyişikliklərin aparılmasını tələb edir. Xüsusilə ümumi təhsildə fənlərin təmayüllər üzrə təşkili dünyanın sürətlə dəyişən informasiya məkanına çevrildiyi, yeni iqtisadi, maddi-texniki şəraitdə təhsil alanların inkişafının təmin olunması, onlara informatika üzrə səriştələrin mənimsədilməsi əhəmiyyətli hesab edilir.

İnformasiya cəmiyyətinə keçid ilə əlaqəli olaraq insanların ümumi mədəniyyətinə daha bir kateqoriya - informasiya mədəniyyəti əlavə olunur. İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işləmək və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyalarından, müasir texniki vasitə və metodlardan istifadə olunma bacarığını nəzərdə tutur.

Son dövrlərdə ali təhsil pilləsində İKT ixtisaslarının ümumi qəbul planında payının artması ümumi təhsil pilləsində informatikanın, xüsusilə onun alqoritmləşmə və proqramlaşdırma məzmun xəttinin daha dərindən öyrənilməsini zəruri edir. Ona görə də İnformatika fənni üzrə təmayül siniflərinin açılması və bu siniflər üçün kurikulumun hazırlanması və onun bu  siniflərin  xüsusiyyətlərinə uyğun variativ xarakter daşıması vacibdir.

 

                Tələb olunan xidmətlər: İnformatika fənn kurikulumunun hazırlanması.

                İşin icra  olunduğu yer: Azərbaycan Respublikasının Təhsil İnstitutu.

                Xidmətin icra müddəti: 30 avqust 2017- ci il tarixinədək.

 

                Namizədlərə verilən tələblər:

1. İxtisas fənni üzrə dərin biliklər və bacarıqlar.

2. Müasir pedaqoji, psixoloji yanaşmalara bələdlik.

3. Standart və kurikulumların hazırlanması sahəsində təcrübə.

4. Standart və kurikulumların hazırlanması sahəsində dünya təcrübəsinə bələdlik.

5. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi.

 

                Müraciət forması: Müraciət edən şəxs seçdiyi fənni  göstərməklə elana əlavə olunmuş öz avtobioqrafiyasını (CV) 20 may 2017-ci il tarixədək ulkar.zaidzada@edu.gov.az  elektron poçtuna göndərə bilər.

Müraciətə baxılması: Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və müsahibəyə dəvət ediləcəklər.

                Əlavə məlumat: iş günləri saat 09.00-dan 18.00-dək bu əlaqə nömrəsi vasitəsi ilə əldə oluna bilər.

 

Əlaqələndirici şəxs: Ülkər Zaidzadə

Telefon: (012) 5991155 (daxili 5412)

E-poçt: ulkar.zaidzada@edu.gov.az


7 il əvvəl

Sayt test rejimində çalışır