• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumi və tam orta təhsil səviyyəsi üzrə dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Tələb olunan xidmətlər: Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri:

• Azərbaycan dili (tədris dili kimi)

• Azərbaycan dili (dövlət dili kimi)

• Ədəbiyyat

• İngilis dili (əsas xarici dil kimi)

• Alman dili (əsas xarici dil kimi)

• Riyaziyyat

• Coğrafiya

• Biologiya

• Texnologiya

• Həyat bilgisi

• Çağırışaqədərki hazırlıq             

• Русский язык (как язык обучения)

• Литература

• Математика

• География

• Физическое воспитание

• Технология

• Познание мира

• Допризывная подготовка

Xidmətlərin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Xidmətlərin icra müddəti:  31.12.2017-cı il tarixə qədər olan müddət

Namizədlərə verilən tələblər:

1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.

2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır.

3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.       

Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 30.06.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilərlər.

Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.

 

Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar:

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova

Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126)

E-poçt: aynure.hesenova@edu.gov.az


7 il əvvəl

Sayt test rejimində çalışır