• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Böyük məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Hüquq şöbəsinin Normativ hüquqi təminat sektorunda vakant böyük məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:

 

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizənin surəti

• əmək kitabçasının surəti

• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)

• bir ədəd ağ rəngli foto şəkil

• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 20 iyul 2017-ci il tarixdən 03 avqust 2017-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilə bilər.

Telefon:   599-11-55 (5228)

 

Hüquq şöbəsinin Normativ hüquqi təminat sektoru, böyük məsləhətçi

Vəzifənin kodu:               

Ştat vahidinin sayı: 1

İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49.

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 530 manat

Qulluq funksiyaları:

Normativ hüquqi aktların layihələrinin hazırlanması;

Nazirliyin digər struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi akt layihələrinin qanunvericiliyin tələbinə uyğun olmasının yoxlanılması və nəticəsinə əsasən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən məcburi hüquqi ekspertiza rəyinin hazırlanması;

Nazirliyin Kollegiyasının qəbul etdiyi və normativ hüquqi akt hesab edilən qərarların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri sənədlərin hazırlanması;

digər struktur bölmələr tərəfindən hazırlanmış əmr, müqavilə və digər sənəd layihələrinin qanunvericiliyə uygunluğunu yoxlamaq məqsədilə həmin layihələrə rəy verilməsi;          

təhsil orqanlarının və müəssisələrinin fəaliyyətlərinin həyata keçirilməsi zamanı qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış çətinliklərə hüquqi rəy və izah verilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) baxılması;

təhsil müəssisələrinin nizamnamə layihələrinə rəy verilməsi;

şöbənin fəaliyyətinə dair hesabatların və iş planlarının hazırlanması;

vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması;

şöbəyə daxil olan müraciətlərin məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılması və müvafiq qaydada cavablandırılması.

Vəzifənin tutulması şərtləri: hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil;

Ixtisas üzrə 1 (bir) il iş staj

MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. - orta-yüksək səviyyədə;

rus dili – orta səviyyədə, ingilis dili – orta səviyyədə


7 il əvvəl

Sayt test rejimində çalışır