• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

SABAH qruplarına İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə tələbə qəbulu elan olunur

SABAH qrupları 2017/2018-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində 050632-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının İngilis bölməsi üzrə tələbə qəbulu müsabiqəsini açıq elan edir!

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müvafiq ixtisas üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin hər iki semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Tələbələr üçün müəyyən olunmuş son qeydiyat tarixi 11 senyabr 2017-ci ildir.

QEYD: Hər iki semestr nəticələrinin göstərildiyi akademik transkriptin yüklənməsi tələb olunur. Akademik transkriptdə hər semestr üzrə ÜOMG ayrı-ayrılıqda göstərilməlidir. Qeydiyyatdan keçən zaman müvafiq xanaya yalnız birinci semestr üzrə ÜOMG qeyd olunmalıdır.

Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur.

2017/2018-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” ilə tanış  olmağınız tövsiyə olunur.

Elektron ərizəyə keç


7 il əvvəl

Sayt test rejimində çalışır