• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.05.2017-ci il tarixli 54 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən bu il ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilmişdir.

Müsabiqənin keçirilməsi ilə əlaqədar 1-14 iyul 2017-ci il tarixlərdə elektron ərizələrin qəbulu aparılmışdır. Müsabiqədə iştirak üçün müraciət etmiş 46153 nəfərin ərizəsi təsdiqlənmiş və onlar test imtahanına buraxılmışlar. İmtahanlar 2017-ci il iyul ayının 25-dən avqust ayının 5-dək davam etmişdir. İmtahanlarda iştirak edən 37758 nəfərdən 6518 nəfər müsahibəyə buraxılmışdır.

 

2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri I tur

2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri II tur


7 il əvvəl

Sayt test rejimində çalışır