• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Koreya Respublikasının 2018-2023-cü illər üzrə elan etdiyi təqaüd proqramı

Ölkə: Koreya Respublikası
Təhsil səviyyəsi: bakalavr
Yaş həddi: 25 yaşadək (doğum tarixi 01.03.1993-cü il tarixindən sonra olanlar müraciət edə bilər)
Təqaüdün müddəti: 1 il Koreya dil hazırlıq kursu, 4 il bakalavr dərəcə proqramı
Qarşılanan xərclər: aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci və s.
Son müraciət tarixi: namizədlər sənədləri 20.10.2017-ci il tarixindən gec olmayaraq Koreya Respublikasının Bakıdakı Səfirliyinə təqdim etməlidir.
Rəsmi internet  səhifəsi: www.studyinkorea.go.kr
Qeyd: Bakalavr dərəcəsi olan, Koreyada əvvəl və ya hazırda orta təhsil alan namizədlər müraciət edə bilməz.

 

Təqaüd proqramı ilə bağlı sualları səfirliyin əməkdaşı  Li Hyunjuya ünvanlaya bilərsiz: tel: 0125967901, E-məktub: azeremb@mofa.go.kr
 

Ətraflı məlumat: 2018 GLOBAL KOREA SCHOLARSHIP


7 il əvvəl

Sayt test rejimində çalışır