• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

XI sinif dərslik komplektləri ilə bağlı tender nəticələri haqqında bildiriş

“Xalq qəzeti”nin 15 mart 2017-ci il və 06 aprel 2017-ci il tarixli saylarında dərc edilmiş elana və 18 sentyabr 2017-ci il tarixli bildirişə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2018-2019-cu tədris ilinə ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik komplektlərinin nəşrinin və nəşr üzərində müstəsna hüquqların satın alınması məqsədilə     8 noyabr 2017-ci il tarixdə açıq tender keçirilmişdir.

19 lot üzrə keçirilmiş açıq tenderə daxil olmuş VI, VIII və XIII lotlar üzrə tender baş tutmuşdur. I, II, III, IV, V, VII, IX, X, XI, XII, XIV, XV, XVII və XVIII lotlar üzrə təkliflərin sayı üçdən az olduğu və XVI, XIX lotlar üzrə isə heç bir təklif daxil olmadığı üçün həmin lotlar üzrə tenderin davamından imtina edilmişdir.

               

Tender komissiyası


6 il əvvəl

Sayt test rejimində çalışır