-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
Dünya EXPO 2025-nin Bakıda keçirilməsi ilə bağlı müsabiqə
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Ekspo 2025 Bakı" Əməliyyat Katibliyi tərəfindən 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi çərçivəsində esse müsabiqəsinə start verildi!
Müsabiqə gənclər arasında "Ekspo 2025 Bakı” layihəsi haqqında məlumatlılıq səviyyəsini artırmaq, ölkə üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə gənclərin iştirakına şərait yaratmaq, onların kreativlik potensialını müasir cəmiyyətin inkişaf istiqamətləri və sərginin fəlsəfəsinə yönəltmək məqsədilə keçirilir.
Mövzu:
Müsabiqə “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu üzrə keçirilir. İştirakçılar aşağıdakı 3 alt mövzudan birinə müraciət etməlidirlər:
- Təhsilin gələcəyi
- Sağlamlığın gələcəyi
- Əməyin gələcəyi
Əsas şərtlər:
- Müsabiqədə16-29 yaş arasında gənclər iştirak edə bilər.
- Hər müəllif yalnız bir esse ilə müsabiqədə iştirak edə bilər.
- Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır.
- Təqdim edilən esselər 1000 sözdən artıq olmamalıdır.
- Esselər Azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər.
Mükafat:
Müsabiqə qalibləri I, II və III yerlər üzrə müəyyən olunur. I yerin qalibinin Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Sərgilər Bürosunun gərargahına səfəri təşkil olunacaq, II və III yerin qalibləri xüsusi diplom və qiymətli hədiyyələr ilə təltif ediləcəklər.
Qeyd: Təqdim edilən esselər xüsusi proqram vasitəsilə yoxlanılır. Mətnin 25%-dən çoxu əvvəl dərc edimiş mətnlə eynilik təşkil etdiyi təqdirdə o plaqiat hesab olunur və müsabiqəyə buraxılmır.
Müsabiqəyə işlər 2018-ci il martın 12-dən aprelin 10, saat 18.00-dək competition@bakuexpo2025.com elektron poçt ünvanında qəbul olunur.
6 il əvvəl
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl