• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT N- 4394 AZ
 
SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR
MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi: Seçilmiş pilot məktəblərin təmirnin layihə-smeta sənədlərinin hazırlanması. Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan xidmətin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir.
 
İcraçı təşkilat üçün ixtisas tələbləri:
1) Mülki binaların təmir-tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində ən azı 3 illik peşəkar iş təcrübəsinə malik olmalıdır;
2) Təhsil-tədris müəssisələrinin təmir tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində iş təcrübəsi;
3) Məsləhətçi müvafiq sahələr üzrə ixtisaslaşmış əsas heyətə malik olmalıdır;
4) Beynəlxalq qurumların maliyyələşdirdiyi layihələr üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir;
5) Texniki Tapşırıqda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün qalib şirkətə müqavilə təltif edilməzdən əvvəl Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziya tələb olunacaqdır.
 
İcra müddəti: iyun 2010-dekabr 2011
 
Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, aprelin 16-na qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na müvafiq olaraq  Keyfiyyət və Qiymətə Əsaslanmış Seçim metodu üzrə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti-49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.


9 il əvvəl

Sayt test rejimində çalışır