• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyi tərəfindən gənc iqtisadçılar üçün aşağıdakı mövzularla bağlı yazılmış tədqiqat işi üzrə 5000 İsveçrə frankı məbləğində mükafat elan edilmişdir:

  • Ticarət sazişlərinin formalaşdırılması;
  • Şərti himayədarlıq;
  • Ticarətin asanlaşdırılması;
  • Ticarət sazişlərinin təsirləri;
  • Ticarət üçün yardım;
  • Mübahisələrin həllinin iqtisadi aspektləri;
 
Müsabiqədə ən azı aspirantura-doktorantura pillələrini bitirmək üzrə olan namizədlər iştirak edə bilərlər. Tədqiqat işi ingilis dilində və 15.000 söz həcmində olmalıdır.
Qaliblər 2010-cu ilin sentyabr ayında Avropa Ticarət Tədqiqatı Qrupunun İsveçrənin Lozan şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində mükafatlandırılacaqlar. Qalibin Lozan şəhərinə səfəri ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Müsabiqə barəsində ətraflı məlumatı http://www.wto.org/english/news_e/news10_e/rese_02mar10_e.htm internet səhifəsindən əldə etmək mümkündür.
Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər tamamlanmış tədqiqat işini və tərcümeyi-halını cari ilin 15 iyun tarixinə qədər aishah.colautti@wto.org elektron poçt ünvanına göndərməli, həmçinin müvafiq sənədləri, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; daxili: 248) təqdim etməlidirlər.


9 il əvvəl

Sayt test rejimində çalışır