• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumlarında-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün Xarici Fənlər üzrə Hankuk Universitetində Beynəlxalq İnkişaf Elmləri (Müqayisəli inkişaf) üzrə təqaüdlü magistr proqramı elan edir.

2010-cu ilin iyul – 2011-ci ilin iyul aylarını əhatə edən 13 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:
 
·        Dövlət qulluqçusu olmalı və ya dövlət qurumunda çalışmalı (3 ildən artıq iş təcrübəsi olmaq şərti ilə);
·        ali təhsilli olmalı;
·        ingilis dilini yüksək səviyyədə bilməli;
·        magistr proqramını bitirdikdən sonra ən azı bir il müddətində beynəlxalq inkişaf sahəsində çalışmaq imkanı olmalı;
·        əqli və fiziki cəhətdən tam sağlam olmalı;
·        bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır.
 
İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
·        KOICA ərizə forması;
·        müvafiq ali təhsil müəssisəsinin ərizə forması;
·        rəhbər şəxs tərəfindən yazılmış tövsiyə məktubu;
·        əmək kitabçasının surəti;
·        CV;
·        diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri;
·        dil biliklərini təsdiq edən sertifikat və ya tövsiyə məktubu;
·        şəxsiyyət vəsiqəsi və ya pasportun surəti;
·        3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
 
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
 
Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.gsias.hufs.ac.kr internet səhifəsindən əldə edə bilərsiniz.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin     18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.


9 il əvvəl

Sayt test rejimində çalışır