• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumları-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün Hankyong Universitetində Kənd Təsərrüfatı və Regionların İnkişafı üzrə təqaüdlü magistr proqramı elan edir.

2010-cu ilin avqust-2011-ci ilin sentyabr aylarını əhatə edən 14 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:
 
·        kənd təsərrüfatı sahəsi üzrə dövlət sektorunda çalışmalı, bu sahədə müvafiq bilik və bacarıqlara malik olmalı;
·        ali təhsilli olmalı;
·        ingilis dilini yüksək səviyyədə bilməli;
·        Koreyada təhsili bitirdikdən sonra bu sahədə ən azı bir il müddətində çalışmaq imkanı olmalı ;
·        əqli və fiziki cəhətdən tam sağlam olmalı;
·        bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır.
İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
·        KOICA ərizə forması;
·        müvafiq ali təhsil müəssisəsinin ərizə forması;
·        motivasiya (əsaslandırma)məktubu;
·        CV;
·        Tərcümeyi-hal;
·        diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri;
·        dil biliklərini təsdiq edən sertifikat (əgər varsa-TOEFL, IELTS və s.);
·        əmək kitabçasının surəti (olduğu təqdirdə);
·        3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
·        namizədin və valideynlərinin şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti;
 
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
 
Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.hknu.ac.kr/web/eng/home   internet səhifəsindən əldə edə bilərsiniz.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin     18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.


9 il əvvəl

Sayt test rejimində çalışır