• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2020-2021-ci tədris ili üçün növbəti təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı

 

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

 

hsil viyyəsi: magistratura

dris dili: ingilis dili

İxtisaslar: qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi, bağçılıq mühəndisliyi, heyvan qidası və yem təhlükəsizliyi.

Universitetlər: Szent István University, Kaposvár University

Təhsil müddəti: 2 il

Maliyyələşmə: təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan

Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər.

Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

 

Son müraciət tarixi: 28.02.2020

Qeyd: yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.

 

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.


4 il əvvəl

Sayt test rejimində çalışır