• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ali təhsilin maliyyələşməsi üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsilin maliyyələşməsi üzrə milli məsləhətçi
İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: 10 ay

Tapşırıq və vəzifələr:

 

Məsləhətçi aşağıdakı əsas tapşırıq və vəzifələri yerinə yetirəcəkdir:

  • Azərbaycanda ali təhsil sektoru üzrə dövlət maliyyələşməsinin cari xərclərinin hesablanmasında, maliyyələşmənin bütün mənbələrinin müəyyən olunmasında (Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, özəl təhsil haqları və s.), bütün dövlət ali təhsil müəssisələrinə ümumi vəsait axınının (həm dövlət, həm də özəl vəsaitlər) hesablanmasında beynəlxalq məsləhətçiyə dəstək vermək;
  • Beynəlxalq məsləhətçi ilə birlikdə vauçer sistemi vasitəsilə tətbiq olunacaq hökumət maliyyələşməsinin miqdarını və ya səviyyəsini təklif etmək və belə təklifin səbəblərini əsaslandırmaq;
  • Beynəlxalq məsləhətçi ilə birlikdə ali təhsil üçün tələbə vauçer sisteminin əsas elementlərini nəzərdən keçirmək və dəyərləndirmək;
  • Beynəlxalq məsləhətçi ilə sıx əməkdaşlıq etməklə yeni yaradılmış sistemin təkmilləşdirilməsi üçün zəruri hesab edilən  hər hansı dəyişikliklərə dair təkliflər vermək;
  • Adambaşına vauçer sisteminə tövsiyə olunan dəyişikliklər tətbiq olunmazdan qabaq istənilən müvafiq qanunverici, strateji və əməli dəyişikliklərin müəyyən olunmasına yardım etmək;
  • Özəl universitetlərlə bağlı vauçer sisteminin nəticələrinin müəyyən olunmasına yardım etmək, hökumət tərəfindən özəl universitetlərin monitorinqi və onlara nəzarət olunması üçün hər hansı dəyişikliklərlə bağlı təkliflər vermək;
  • Beynəlxalq məsləhətçi ilə birlikdə müvafiq idarəetmə strukturunda  islahatların keçirilməsinin zəruri olub olmadığı ilə bağlı ali təhsilin idarəetmə mexanizmlərinin, xüsusilə də hökumət ilə universitetlər arasında münasibətlərin nəzərdən keçirilməsi;
  • Beynəlxalq məsləhətçi ilə birlikdə Azərbaycanda universitetlərdə təhsilin keyfiyyətinin təmin olunması mexanizmlərinin nəzərdən keçirilməsi və istənilən yeni müəssisənin bu baxımdan tələb olunan tövsiyələrinin və proseduraların nəzərə alınması;
  • Nəzərdən keçirilən mövzular üzrə hökumət tərəfindən maliyyələşən 3 seminarda beynəlxalq məsləhətçiyə dəstək vermək, ilkin maliyyələşmə ilə bağlı təqdimat keçirmək;
  • Beynəlxalq məsləhətçi ilə sıx əməkdaşlıq etməklə Təhsil Nazirliyinə yekun hesabatın və aparılmış təhlilin təqdimatını keçirmək.
İxtisas tələbləri:
  • İqtisadiyyat, maliyyə, mühasibatlıq,  statistik təhlil  və ya digər müvafiq ixtisas sahəsi üzrə ali təhsil;
  • Azərbaycanın ali təhsil sahəsi və islahat prosesi, o cümlədən yerli qanunvericilik və qaydalar üzrə təcrübə və biliyə malik olmaq;
  • Maliyyə və statistik təhlil aparmaq təcrübəsi olanlara üstünlük verilir;
  • İngilis dilində səlis danışmaq və yazmaq bacarığı.
Tələb olunan sənədlər:

Ərizə

Tərcümeyi-hal (CV)  

Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi: 10 iyun 2010-cu il
Əlaqə üçün məlumat:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqələndirici şəxs: Sevil Məsimova

Əlaqə telefonları: 496-37-59, 496-37-60;
faks: 496-93-68.

Email: smasimova@ultel.net

 


9 il əvvəl

Sayt test rejimində çalışır