• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA TƏLİM KURSUNUN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
 
“İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA TƏLİM KURSUNUN
TƏŞKİLİNƏ DAİR
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim kursunun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
 
Təlim kursunun məqsədi: Təlimin keçirilməsində əsas məqsədlər aşağıdakılardır:
 
  •  Proses və prosedurlar, vəzifə və öhdəliklər və digər məsələlər daxil olmaqla insan resurslarının idarə olunması prosedurları və metodologiyası barədə təlim iştirakçılarının məlumatlılığını artırmaq;
  • Real hadisələrin öyrənilməsi metodu (case study) vasitəsilə insan resurslarının idarə olunması üzrə ümumi məlumat, işə qəbul, işçilərin ixtisaslarının artırılması, inzibati və icra idarəetməsi, təlim, tədris və inkişaf, əmək haqqı, işçinin mükafatlandırılması və digər aspektləri əhatə etməklə təlim iştirakçılarına insan resurslarının idarə olunmasının müvafiq üsulları üzrə təlim keçmək;  
  • İnsan resurslarının uğurlu idarə olunmasını təmin etmək məqsədi ilə təlim iştirakçılarında müvafiq bilik və bacarıqlar formalaşdırmaq.
 
Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı insan resurslarının idarə edilməsi üzrə xidmətlərin təşkili, xüsusən də keçid dövrünü yaşayan ölkələrdə müvafiq sahədə təlimlərin aparılması üzrə geniş təcrübə və bacarıqlara malik olan nüfuzlu şirkət olmalıdır. Təlimçilər müvafiq sahə və təlimlər üzrə təhsilə və ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və azərbaycan dilində yazmağı və danışmağı bacaran heyətə malik olan şirkətə üstünlük verilir.

İcra müddəti və yer: 2 ay, Bakı, Azərbaycan

Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 7-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  •  yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  •  müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  •  nizamnamə.
 Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.


9 il əvvəl

Sayt test rejimində çalışır