• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Cenevrədə yerləşən İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel inkişaf etmiş və ya zəif inkişaf etmiş ölkələrdə bakalavr, magistratura və doktorantura səviyyələrini bitirmiş tələbələr üçün akademik təhsil və təlim kurslarının davamlılığı, tədqiqatın yüksək səviyyədə aparılması və bacarıqların artırılması məqsədilə aşağıdakı sahələr üzrə təqaüd proqramını təklif edir:

  • İqlim dəyişikliyi elmi üzrə
  • Su ekosistemləri, su təchizatı, səhiyyə və kənd təsərrüfatı sahələrinə iqlim dəyişikliyinin təsiri
  • İqlimlə bağlı fəlakətin idarəedilməsi - instisional və təşkilati məsələlər
  • İqlim modeli və iqlim dəyişikliyinin təsirinin qiymətləndirilməsi
  • Müxtəlif sahələr üzrə sosial-iqtisadi təsirin dəyərləndirilməsi və azalma və uyğunlaşma imkanları
 
Bu təqaüdlər çərçivəsində tələbələr üçün tədris müddəti 1 (bir) il və ya 18 aya kimi nəzərdə tutulmuşdur.
Təqaüd proqramına 40 yaşa kimi namizədlər müraciət edə bilərlər.
İştirakçıların təhsil, yaşayış, beynəlxalq nəqliyyat xərcləri qəbul edən tərəfin  hesabına ödəniləcəkdir.
Daha ətraflı məlumatları və ərizə formalarını İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəsmi internet saytından www.ipcc.ch əldə etmək olar.
Təqaüd proqramına müraciət üçün son tarix 30 iyul 2010-cu ildir.


9 il əvvəl

Sayt test rejimində çalışır