• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Əhali arasında ümumi sorğuların keçirilməsi üzrə müsabiqə Əhali arasında ümumi sorğuların keçirilməsi üzrə müsabiqə Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.

Xidmətlərin qısa təsviri: Əhali arasında ümumi sorğular
 
İcra müddəti: 2009-2014-cü illərdə 9 iş ayı
 
Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri:
• əhali arasında keçirilən sorğulara dair məsləhətçi xidmətləri göstərmək üçün seçilən şirkət sosial xidmət sektorlarında əhali arasında sorğuların tərtib edilməsi və həyata keçirilməsi sahəsində xeyli təcrübəyə malik olmalıdır. Təhsil sektoruna aid olan sorğular üzrə təcrübəyə malik olan namizədlərə böyük üstünlük verilir;
• sorğulara dair məsləhətçi xidmətləri göstərmək üçün seçilən şirkət sorğu nəticələrini təhlil etmək məqsədilə məlumat bazası proqramının (SPSS və ya MS-Access) ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır;
• təhsil sektorunun monitorinq və dəyərləndirmə sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalıdır;
• sosial xidmət sektorlarında beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsi rəğbətlə qarşılanır.
 
Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla seçiləcəkdir.
 
Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri sentyabrın 23-nə qədər qeyd olunan ünvana təqdim etməlidirlər.
• müraciət məktubu;
• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
• müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
• nizamnamə.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,
AZ 1008, Bakı şəhəri, Xətai prospekti, 49.
 
Əlaqələndirici şəxs: Sevil Məsimova
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68
Email: smasimova@ultel.net


9 il əvvəl

Sayt test rejimində çalışır