• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Müşahidə təhqiqatlarının aparılması üzrə müsabiqə Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.

Xidmətlərin qısa təsviri: Müşahidə tədqiqatları
 
İcra müddəti: 2009-2014-cü illərdə 9 iş ayı
 
Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri:
• təhsil sektorunda, sinif otaqlarında müşahidələrin tərtib edilməsi və həyata keçirilməsi sahəsində geniş təcrübə;
• müşahidənin rəqəmli nəticələrini təhlil etmək məqsədilə keyfiyyətli məlumat bazasının ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübə;
• təhsil sektorunun monitorinqi və dəyərləndirilməsi sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalı;
• sosial xidmət sektorlarında beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsi rəğbətlə qarşılanır.
 
Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla seçiləcəkdir.
 
Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri sentyabrın 23-nə qədər qeyd olunan ünvana təqdim etməlidirlər.
• müraciət məktubu;
• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
• müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
• nizamnamə.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,
AZ 1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqələndirici şəxs: Sevil Məsimova
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68
Email:
smasimova@ultel.net


9 il əvvəl

Sayt test rejimində çalışır