• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçi
İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: 6 ay

Tapşırıq və vəzifələr:

Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir:

  • Ölkə miqyasında və əsas ali təhsil müəssisələri daxilində hazırki keyfiyyət təminatı tədbirlərində qüsurların müəyyən edilməsi;
  • Azərbaycanda Boloniya prosesinə riayət etməyə dəstək olacaq məqsədəuyğun keyfiyyət təminatı sisteminin təklif olunan layihəsi;
  • Təklif olunan layihənin həyata keçirilməsinin, o cümlədən lazımi bacarıqların öyrədilməsinin fəaliyyət planı;
  • Planı həyata keçirmək üçün lazım olan xərclərin smetası;
  • Fəaliyyət planının ilkin variantına həsr olunan, maraqlı tərəflər üçün keçirilən təcrübi seminarlar.  

Məsləhətçi mövcud keyfiyyət təminatı aparatının imkanlarının ilkin qiymətləndirməsinin həyata keçirilməsinə kömək edəcək, Azərbaycanda keyfiyyət təminatın sisteminin qurulması işini inkişaf etdirmək üçün lazım olan vəsaitlərə və imkanlara dair tələbatları müəyyən edəcəkdir. O, həm də qurulacaq keyfiyyət təminatı sisteminin tətbiq edilməsinin əsas sahələrində, habelə hökumətin və universitetlərin rəsmi nümayəndələrinin bu cür sistemin qurulması sahəsində ən vacib hesab etdikləri məsələlərdə həmin nümayəndələrin səy göstərmələrini xahiş edəcək və onları buna həvəsləndirıəcəkdir. 

İxtisas tələbləri:

  • Universitetdə qazanılmış qabaqcıl və müvafiq elmi dərəcəyə malik olması;
  • Ali təhsil sahəsində iş təcrübəsinə malik olması;
  • Ali təhsilin keyfiyyətinin təmin edilməsi əməliyyatlarının planlaşdırılması və hazırlanması sahəsində təcrübəyə malik olması;
  • Bolonya əməliyyatını dərindən dərk etmək şərtilə, keyfiyyətin təmin edilməsi sahəsində iş təcrübəsinə malik olması;
  • Ali təhsil haqqında əsərlərinin nəşr edilmiş olması;
  • Yazılı və şifahi ingilis dilini səlis bilməsi.

Tələb olunan sənədlər:

1. Ərizə

2. Tərcümeyi-hal (CV)

 

Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi: 28 oktyabr 2010-cu il

Əlaqə üçün məlumat:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.

Email: smasimova@ultel.net


9 il əvvəl

Sayt test rejimində çalışır