• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

KOICA təqaüdü çərçivəsində Ajou Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər üçün Ajou Universitetində Beynəlxalq ticarət və Beynəlxalq biznes üzrə 16 aylıq (2011 fevral - 2012 iyun) magistr proqramını elan etmişdir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • KOICA ərizə forması;
  • Ajou Universitetinin ərizə forması;
  • əsaslandırma (motivasiya) məktubu;
  • iki ədəd tövsiyə məktubu;
  • diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • TOEFL və ya IELTS sertifikatı (olduğu təqdirdə);
  • xarici pasportun surəti;
  • 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
  • CV.
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Proqram haqqında ətraflı məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248)
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.


9 il əvvəl

Sayt test rejimində çalışır