• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

20 oktyabr 2009-cu il tarixdə Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) və Koreyanın 13 ali təhsil müəssisəsinin iştirakı, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA, Koreya Turizm təşkilatının dəstəyi ilə Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcəkdir.

Sərgi saat 14:00-18:00-da Hyatt Hotel mehmanxanasının Şuşa konfrans zalında baş tutacaqdır. Sərgiyə giriş pulsuzdur.  
 
Tədbirdə Koreyanın aşağıdakı 13 nüfuzlu ali təhsil müəssisəsi iştirak edəcəkdir:
 
  • KyungPook Milli Universiteti (KyungPook National University)
  • Koreya Universiteti (Korea University)
  • Mokpo Milli Universiteti (Mokpo National University)
  • Gimcheon Universiteti (Gimcheon University)
  • Pusan Milli Universiteti (Pusan National University)
  • Seul Milli Texnologiya Universiteti (Seoul National University of Technology)
  • Sunçunyanq Universiteti (Soonchunhyang University)
  • Sunqsil Universiteti (Soongsil University)
  • Yonsei Universteti (Yonsei University)
  • Ulsan Milli Elm və Texnoloiguya Universiteti (Ulsan National Institute of Science & Technology)
  • İnha Universiteti (Inha University)
  • Pohanq Elm və Texnologiya Universiteti (Pohang University of Science & Technology (POSCO)
  • Hanyanq Universiteti (Hanyang University)
 
Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.  
 
Ətraflı məlumat üçün əlaqə telefonları:
 
Koreya Respublikasının Bakıdakı Səfirliyi
Tel: 596 7901/02


9 il əvvəl

Sayt test rejimində çalışır