• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

KURİKULUMLA BAĞLI MATERİALLARIN TƏRCÜMƏ EDİLMƏSİ ÜÇÜN AZƏRBAYCAN-İNGİLİS DİLLİ TƏRCÜMƏÇİNİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

Tapşırığın adı:   Kurikulumla bağlı materialların tərcümə edilməsi üçün Azərbaycan-İngilis dilli tərcüməçi
İcra olunduğu yer:   Təhsil Nazirliyi
İcra müddəti:   2011-2013
Tapşırıq və vəzifələr:

  Tərcüməçi aşağıdakı əsas tapşırıqları və vəzifələri yerinə yetirəcəkdir:

  • Kurikulumla bağlı ingilis dilində mövcüd olan materialları “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorundan əldə etmək və Azərbaycan dilinə tərcüməsini təmin etmək;

  • Kurikulumla bağlı Azərbaycan dilində mövcüd olan materialların “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorundan əldə etmək və ingilis dilinə tərcüməsini təmin etmək;

  • Kurikulum portalında yerləşdiriləcək məlumat və materialları Kurikulum Mərkəzindən əldə etmək və ingilis dilinə tərcüməsini təmin etmək;

  • “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorunun tapşırığı ilə digər sənədləri tərcümə etmək.

 

İxtisas tələbləri:
  • Tərcüməçi və ya buna yaxın ixtisas üzrə ali təhsili;

  • Azərbaycan-ingilis dilli tərcüməçi vəzifəsində azı üç (3) il iş təcrübəsi (təhsil sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir);

  • Kompüterdən istifadə etmə bacarığı.

Tələb olunan sənədlər:

  Tərcümeyi-hal (CV) 

  Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi: 2 mart 2011-ci il

Əlaqə üçün məlumat:

  Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

  Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

  Bakı şəhəri, Xətai prospekti, 49.

  Əlaqə telefonları: 496-37-59/60

  Email: smasimova@ultel.net


9 il əvvəl

Sayt test rejimində çalışır