• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyinin “Gaude Polonia” və “Thesaurus Polonia” təqaüd proqramları

Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi tərəfindən Mərkəzi və Şərqi Avropadan olan incəsənət xadimləri üçün “Gaude Polonia” və “Thesaurus Polonia” təqaüd proqramları elan edilmişdir.
 
“Gaude Polonia” təqaüd proqramına namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
- Mərkəzi və Şərqi Avropa dövlətlərindən birinin vətəndaşı olmalı;
- Polyak dilini bilməli (ilkin səviyyədə)
- Yaş həddi maksimum 40 olmalı ( istisna hallarda 45-dək)
 
Təqaüd müsabiqə yolu ilə aşağıda qeyd olunan yaradıcı şəxslərə verilir:
- Müvafiq incəsənət sahəsində böyük yaradıcı nailiyyətləri olan;
- Böyük əhəmiyyət kəsb edən layihə üçün yardım istəyən;
- Müvafiq sahədə ən azı iki görkəmli yaradıcı şəxs tərəfindən tövsiyə olunanlar.
 
Proqramda iştirak edəcək namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Doldurulmuş anket forması
- ən azı 2 rəy
- Diplomun surəti və onun təsdiq olunmuş polyak dilinə tərcüməsi
- Müxtəlif müsabiqə, festival, sərgilər zamanı əldə olunmuş diplomların surəti və polyak dilinə tərcümələri
- Polşadakı iş planı (2 səhifəyə qədər)
- Rəylərin surəti və polyak dilinə tərcüməsi
 
Yuxarıda adı çəkilən proqramda iştirak etmək niyyətində olan namizədlər lazımi sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Zəhra Cəfərova tel: 496-34-00; daxili: 171), surətlərini isə Polşa Milli Mədəniyyət Mərkəzinə (faks: (+4822) 2-100-104; e-mail: nck@nck.pl) göndərməlidirlər.
 
Proqram üçün son müraciət tarixi 30 sentyabr 2011-ci ildir.
 
“Thesaurus Polonia” 3 aylıq təqaüd proqramıdır və ingilis dilində təşkil ediləcəkdir. Təqaüd Polşa Respublikası mədəniyyət və tarixinə dair tədqiqat işi aparan namizədlər üçün nəzərdə tutulmuşdur.
 
Proqram 2 səviyyədə həyata keçirilir:
1. ProgramSenior – Baş müəllim və professorlar iştirak edə bilərlər.
2. ProgramJunior – Aspirant və elmlər doktorları iştirak edə bilərlər.
 
“ProgramSenior”un iştirakçıları aylıq 850 avro, “ProgramJunior”un iştirakçıları 600 avro, kitab və başqa ləvazimatlar üçün isə birdəfəlik 400 avro alacaqlar.
 
Proqramda iştirak edəcək namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- CV
- ən azı 2 rəy
- tədqiqat işi haqda esse
 
“Thesaurus Polonia” proqramına ildə 2 dəfə qəbul aparılır:
1. 15 yanvardan 28 fevraladək
2. 15 maydan 30 iyunadək
 
Yuxarıda adı çəkilən proqramda iştirak etmək niyyətində olan namizədlər lazımi sənədləri Polşa Milli Mədəniyyət Mərkəzinə (Rynek Główny 25
31-008 Kraków Poland) göndərməlidirlər.
 
Ətraflı məlumatları aşağıdakı saytlardan əldə edə bilərsiniz:


9 il əvvəl

Sayt test rejimində çalışır