• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ QUBA ŞƏHƏR 2 NÖMRƏLİ TƏBİƏT FƏNLƏRİ TƏMAYÜLLÜ MƏKTƏB-LİSEYİN TƏMİRİ ÜZRƏ TENDER ELAN EDİR

1. Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə əlaqədar olan xərcləri ödəmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və həmin kredit vəsaitlərinin bir hissəsini 4394AZ-NCB-090 nömrəli Müqavilə çərçivəsində Quba şəhəri 2 nömrəli Təbiət Fənləri təmayüllü məktəb-liseyin təmirinə çəkilən qanuni xərclərin ödənilməsinə sərf etmək niyyətindədir.
 
2. Borcalan tərəfindən TSİİL-in icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Quba şəhəri 2 nömrəli Təbiət Fənləri təmayüllü məktəb-liseyin üzrə möhürlənmiş bağlı zərfdə tender təkliflərini qəbul edir:
 
3. Tender sənədləri (və bunların əlavə nüsxələri) 100 manat (AZN) məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupundan (LƏQ) əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X) 33308029449330114120 nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan İddiaçılar həmin ünvandan əlavə məlumat əldə edə bilərlər.
 
4. Tender təklifləri tender təkliflərinin açılışından sonra 90 (doxsan) gün ərzində qüvvədə qalmalıdır və hər bir lot üzrə Tender Təklifinə Təminat Bəyannaməsi ilə müşayiət olunmalıdır.
 
5. Tender təklifləri 12 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna (2-ci mərtəbə) təqdim edilməlidir. Elektron təkliflərin təqdim edilməsinə icazə verilmir. Tender təklifləri açılışda iştirak etməyi qərara almış İddiaçıların nümayəndələrinin iştirakı ilə 12 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının 4-cü mərtəbəsində yerləşən böyük zalında açılacaqdır.
 
6. Gecikdirilmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.
 
 
Azərbaycan Respublikasınnın Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu
Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49
Tel: +994 (12) 496 37 59/60
Faks: + 994 (12) 496 93 68


9 il əvvəl

Sayt test rejimində çalışır