• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Qiymətləndirmə nəticələrinin təhlili üzrə mütəxəssisin seçilməsinə dair müsabiqə

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT Nö 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi: tapşırığın əsas məqsədi regionlarda olan (şəhər/rayon səviyyəsində) təhsil idarələrinə şagirdlərin qiymətləndirmə tədqiqatlarının nəticələrinin (milli seçmə əsaslı tədqiqatlar, dövlət imtahanları, PİSA, TİMSS, PİRLS və s. kimi tədqiqatlar) təhlil olunmasında dəstək olmaqdan və bu təhlillər nəticəsində əldə edilmiş məlumatlar əsasında şagirdlərin nəaliyyət səviyyələrinin təkmilləşdirilməsi məqsədilə strateji fəaliyyət planının hazırlanmasından ibarətdir.
 
Namizədlər üçün ixtisas tələbləri:
 
Təhsil sahəsində magistr dərəcəsi;
Tətbiqi statistika və məlumatların təhlili sahəsində iş təcrübəsi;
Ən azından 3 il təhsil sahəsində iş təcrübəsi (məktəbdə müəllim kimi);
Azərbaycan və İngilis dillərini səlis bilmə qabiliyyəti;
Komputer bacarıqları.
 
İcra müddəti: 2013-cü il oktyabrın 15-nə qədər
 
Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na (may 2004, oktyabr 2006 və may 2010) əsaslanan Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.
 
Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və/və ya çap variantını Azərbaycan dilində 2011-ci il, iyulun 27-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
 
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.


9 il əvvəl

Sayt test rejimində çalışır