• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit № 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
TSİİL çərçivəsində ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanıb təsdiq edilmişdir. Növbəti tədris ilindən ümumtəhsil məktəblərinin 5-ci siniflərində yeni fənn kurikulumlarının tətbiqi nəzərdə tutulur. Bu məqsədlə 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir.
1. Müqavilə № 4394AZ-QCBS-172: Yeni ümumi orta təhsilin Həyat bilgisi kurikulumu üzrə 2012/2013-cü tədris ilində Abşeron və Dağlıq Şirvan iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
2. Müqavilə № 4394AZ-QCBS-173: Yeni ümumi orta təhsilin Həyat bilgisi kurikulumu üzrə 2012/2013-cü tədris ilində Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
3. Müqavilə № 4394AZ-QCBS-174: Yeni ümumi orta təhsilin Həyat bilgisi kurikulumu üzrə 2012/2013-cü tədris ilində Gəncə-Qazax iqtisadi rayonunun 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
4. Müqavilə № 4394AZ-QCBS-175: Yeni ümumi orta təhsilin Həyat bilgisi kurikulumu üzrə 2012/2013-cü tədris ilində Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
5. Müqavilə № 4394AZ-QCBS-176: Yeni ümumi orta təhsilin Həyat bilgisi kurikulumu üzrə 2012/2013-cü tədris ilində Lənkəran iqtisadi rayonunun 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
 
 
Xidmətlərin icra müddəti: iyun-dekabr 2012-ci il
 
Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
·         müraciət məktubu;
·         yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
·         müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
·         nizamnamə.
 
Birdən artıq müqaviləyə maraq bildirən təşkilatlar zəruri maddi və insan resurlarına malik olmalıdır.
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
·         Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması;
·         Məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində iş təcrübəsi;
·         Müəllimlər üçün təlim kurslarının keçirilməsində təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır.
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında və 2010-cu ilin may ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
Maraqların ifadəsi yazılı şəkildə 2011-ci il dekabrın 16-dək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.


9 il əvvəl

Sayt test rejimində çalışır