• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Pakistan Texniki Yardım Proqramı (PTAP) çərçivəsində Pakistanın Dövlət Universitetlərində azərbaycanlı tələbələr üçün 2009-2010-cu illər üzrə əczaçılıq və mühəndislik ixtisasları üzrə 3 yer ayrılıb. Proqramda iştirak edəcək namizədlər təhsil alacaqları universitet tərəfindən müəyyənləşdirilən məbləğdə təhsil haqqını, o cümlədən beynəlxalq nəqliyyat, yaşayış və yemək xərclərini özləri ödəməlidirlər.

Pakistan Texniki Yardım Proqramı (PTAP) çərçivəsində Pakistanın Dövlət Universitetlərində azərbaycanlı tələbələr üçün 2009-2010-cu illər üzrə əczaçılıq və mühəndislik ixtisasları üzrə 3 yer ayrılıb. Proqramda iştirak edəcək namizədlər təhsil alacaqları universitet tərəfindən müəyyənləşdirilən məbləğdə təhsil haqqını, o cümlədən beynəlxalq nəqliyyat, yaşayış və yemək xərclərini özləri ödəməlidirlər. Bundan başqa namizədin qəbul imtahanı üzrə balı SAT II (Subject Test for Admission) 550, TOEFL/IELTS imtahanı üzrə balı isə 500 olmalıdır.
Proqram çərçivəsində mühəndislik ixtisası üzrə təhsil almaq arzusunda olan namizədin ingilis dili, fizika, kimya və riyaziyyat, əczaçılıq ixtisası üzrə isə ingilis dili, fizika, kimya və biologiya fənləri üzrə orta göstəricisi 60%-dən yuxarı olmalıdır. Yalnız orta ixtisas və ya ali təhsilə malik olan namizədlər proqramda iştirak edə bilərlər.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Diplom və diplom əlavəsinin notarial qaydada tərcümə edilmiş surətləri;
• 4 ədəd fotoşəkil;
• Pasportun surəti;
• İslamabad Rəhbərlərin Daxili Şura Katibliyindən əldə edilmiş uyğunluq sertifikatı (sertifikat yalnız Pakistanda müvafiq imtahandan keçdikdən sonra verilir);
• SAT II, TOEFL/IELTS imtahanlarının nəticələrini təsdiq edən sertifikatların surətləri (Dow Səhiyyə Elmləri Universiteti, Sindh Tibb Koleci, Karaçi və Liaquat Tibb və Səhiyyə Elmləri Universiteti üçün);
 
Proqram barəsində ətraflı məlumatları www.ead.gov.pk internet səhifəsindən əldə etmək mümkündür. Proqramda iştirak etmək arzusunda olan namizədlər ərizə formaları üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər (Könül Məhərrəmova – tel: 496-33-11; dax-251).
Sənədlər və müvafiq qaydada doldurulmuş ərizə formaları cari ilin 25 avqust tarixinə qədər Təhsil Nazirliyinə təqdim olunmalıdır.


9 il əvvəl

Sayt test rejimində çalışır