• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bakalavr və ya bakalavrdan sonrakı dərəcəyə malik universitet əməkdaşları üçün Koreyanın Ajou Universitetində Beynəlxalq Ticarət və Beynəlxalq Biznes təqaüd proqramını təklif edir:

Proqram 12 fevral 2013-cü ildən 4 iyul 2014-cü ilədək 16 aylıq müddəti əhatə edir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
  • namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi, həmçinin dövlət sektorunda çalışan olmalı və ya müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı (həmçinin, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edə bilərlər);
  • ingilis dilini yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • tibbi cəhətdən sağlam olmalı;
  • namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir.
  •  
Təqaüd proqramında iştirakla bağlı bütün xərclər KOICA tərəfindən maliyyələşdiriləcəkdir.
Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Aqil Vəliyev, tel: 496-34-14)
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər ərizə formasını və digər lazımi sənədləri 16 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da Təhsil Nazirliyinə təqdim etməlidirlər.


9 il əvvəl

Sayt test rejimində çalışır