2013/2014-cü tədris ili üçün Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlər
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit Nö.: 4394AZ
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
TSİİL çərçivəsində ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanıb təsdiq edilmişdir. 2012/2013-cü tədris ilindən ümumtəhsil məktəblərinin 5-ci siniflərində yeni fənn kurikulumları tətbiq olunur. 2013/2014-cü tədris ili üçün Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir.
1. Müqavilə Nö. 4394AZ-QCBS-193: Ümumi orta təhsilin Ədəbiyyat, Ana dili və qeyri-Azərbaycan bölməsi üçün Azərbaycan dili fənn kurikulumları üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
2. Müqavilə Nö. 4394AZ-QCBS-196: Ümumi orta təhsilin Xarici dil fənn kurikulumları üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
3. Müqavilə Nö. 4394AZ-QCBS-199: Ümumi orta təhsilin Riyaziyyat fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
4. Müqavilə Nö. 4394AZ-QCBS-202: Ümumi orta təhsilin İnformatika fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
5. Müqavilə Nö. 4394AZ-QCBS-205: Ümumi orta təhsilin Azərbaycan tarixi və Dünya tarixi fənn kurikulumları üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
6. Müqavilə Nö. 4394AZ-QCBS-208: Ümumi orta təhsilin Musiqi fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
7. Müqavilə Nö. 4394AZ-QCBS-211: Ümumi orta təhsilin Təsviri incəsənət fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
8. Müqavilə Nö. 4394AZ-QCBS-214: Ümumi orta təhsilin Həyat bilgisi fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
9. Müqavilə Nö. 4394AZ-QCBS-217: Ümumi orta təhsilin Texnologiya fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
10. Müqavilə Nö. 4394AZ-QCBS-220: Ümumi orta təhsilin Fiziki tərbiyə fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlim
11. Müqavilə Nö. 4394AZ-QCBS-223: Ümumi orta təhsilin Biologiya fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 6-cı sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
12. Müqavilə Nö. 4394AZ-QCBS-226: Ümumi orta təhsilin Coğrafiya fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 6-cı sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
13. Müqavilə Nö. 4394AZ-QCBS-229: Ümumi orta təhsilin Fizika fənn kurikulumu üzrə 2013/2014-cü tədris ilində Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 6-cı sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim
Xidmətlərin icra müddəti: iyun-dekabr 2013-cü il
- Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
- müraciət məktubu;
- yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
- müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
- nizamnamə.
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
- Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması;
- Məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı son iki ildə iş təcrübəsi;
- Müəllimlər üçün təlim kurslarının keçirilməsində son iki ildə iş təcrübəsi.
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il, dekabrın 3-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
Email: erustamov@ultel.net
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.
9 il əvvəl
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl