• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üçün bu təşkilata üzv olan ölkələrin vətəndaşları üçün dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı təklif edir.

Təqaüd proqramı ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.isdb.org/irj/portal/anonymousNavigationTarget=navurl://c28c70fde436815fcff1257
ef5982a08
internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə formaları və digər lazimi sənədlər 24 dekabr 2012-ci il Təhsil Nazirliyinə təqdim oluna bilər.


9 il əvvəl

Sayt test rejimində çalışır