• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Polşa Respublikasının Hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir.

Təqaüd 1 il ərzində fərdi tədqiqatlar şəklində elmi təcrübənin həyata keçirilməsi üçün verilir. Öz elmi nailiyyətlərini yaxud təşkilati fəaliyyətini sübut edə bilən və qazanılan təcrübəni öz ölkələrində elmi yaxud ictimai həyatının müxtəlif sahələrində istifadə edə biləcək şəxslərə üstünlük veriləcək.

Tələblər:
1. Humanitar sahələr (tarix, beynəlxalq münasibətlər, siyasi elmlər, jurnalistika, sosiologiya, etnologiya, mədəni elmlər, sosial psixologiya, inzibatçılıq, idarəetmə və hüquq ) üzrə bakalavr yaxud magistr dərəcəsi.
2. Yaş həddi: 35.
3. Yuxarıda qeyd olunan sahələrdə, xüsusi ilə də, XIX-XX əsrlərə aid məsələlər barədə ümumi biliklər.
4. Mühazirələri anlamaq və tapşırılan ədəbiyyatı oxumaq üçün kifayət olan dərəcədə Polyak dili biliyi.
5. Müstəsna hallarda Polyak dilini bilməyən namizədlər nəzərə alına bilər. Lakin həmin namizədlər fərdi olaraq Polyak dilini öyrənməli və təqaüd alınandan sonra  Polyak dili üzrə əlavə hazırlıq kursu keçməlidirlər.
Təqaüd ayda 1350 PLN təşkil edir. Yaşayış və yemək xərcləri fərdi olaraq təqaüdçülərin özləri tərəfindən ödənilir.
Ərizələr və digər sənədlər cari ilin 1 mart tarixinə qədər Polşa Respublikasının Azərbaycanda səfirliyinə təqdim olunmalıdır.
Təqaüd proqramı barədə daha ətraflı məlumatın əldə olunması üçün www.msz.gov.plwww.studium.uw.edu.pl İnternet ünvanına müraciət edin.


9 il əvvəl

Sayt test rejimində çalışır