• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikası və Latviya Respublikası Təhsil nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Latviya Hökuməti Azərbaycan ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün nəzərdə tutulmuş təhsil, tədqiqat və ya yay məktəblərində iştirak üçün təqaüd proqramları elan edir.

Təhsil və tədqiqat üçün təqaüd proqramlarında iştirak üçün sənədlər 1 may 2013-cü il tarixinə qədər Latviya Respublikasının Dövlət Təhsil İnkişafı Agentliyinə göndərilməlidir:
State Education Development Agency
1 Valnu Street, Riga, LV-1050, Latvia
Yay məktəbləri üçün təqaüd proqramlarında iştirak üçün sənədlər birbaşa yay məktəblərinin təşkilatçılarına göndərilməlidir. Keçiriləcək yay məktəbləri barədə məlumat bu ünvandan əldə oluna bilər: http://izm.izm.gov.lv/ministry/9574.html
Təqaüd proqramları barədə məlumat üçün bu internet ünvanına müraciət edin: http://www.viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/ http://www.uc.pt/driic/Bolsas/bolsas_Letonia


9 il əvvəl

Sayt test rejimində çalışır